Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Qurban bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Qazaxda Qurban bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib8-07-2022, 19:29 |
2020-ci ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz işğalda olan torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinə, haqq savaşına çıxdı. Şanlı ordumuzun 44 gündə əldə etdiyi tarixi Qələbə bu gün də qürurla xatırlanır. Xalqımız 44 gün ərzində rəşadətli Azərbaycan əsgər və zabitlərinin, hərbçilərimizin, igid oğullarımızın döyüş meydanında göstərdikləri qəhrəmanlığı unutmur, unutmayacaq da... Cəmi 44 günə əldə etdiyimiz tarixi Qələbəyə, şanlı Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə bir ömür boyu borclu olacağıq. Eyni zamanda minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək bizlərin borcudur. 30 illik ayrılıqdan sonra Vətən həsrətinə son qoymaq, düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etmək üçün respublikamızın bütün bölgələri ilə yanaşı, Qazaxın da igid, mərd oğulları döyüşdə əsl qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsini fəth etdilər. Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri daim yad olunur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizi, qazilərimizi, onların ailə üzvlərini daim diqqətdə saxlayır. Onlara olan dövlət qayğısını bu gün də davam etdirir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərilən qayğını iş fəaliyyətinin əsas hissəsi hesab edir. Əlamətdar günlərdə şəhidlərimizi və ailələrini yad edən rayon rəhbəri ənənəsinə sadiq qalaraq Qurban bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı da yad edib, onların əziz xatirələrini ehtiramla anıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri bu dəfə Vətən müharibəsində iştirak edən Qazax şəhərindən və rayonun Hüseynbəyli, Canalı, Daş Salahlı, Orta Salahlı, Xanlıqlar, Fərəhli, Alpout, Qızılhacılı kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət ediblər. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarlarını ziyarət edən icra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dua oxunub. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə Qazaxın igid oğullarının da payı olduğunu qeyd edən icra başçısıqanları ilə tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin unudulmayacağını bildirib. Azərbaycan dövləti, xalqımız var olduğu müddətcə hər kəsin fəxr, qürur yeri olan oğullarımızın qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb. "Bu gün özümə borc bildim ki, bayram ərəfəsində şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhid ailələri övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda unudulmamasını, yad edilməsini razılıqla qarşılayıblar. Hər zaman şəhid ailələrinə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Orucov Elvin Rövşən oğlunun məzarı Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid əsgər Hüseynov İlqar Yaşar oğlunun məzarı Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlunun məzarı Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "İgidliyə görə” medalları ilə təltif olunmuş, Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Canalı kənd sakini, şəhid əsgər Əliyev İlkin Bəxtiyar oğlunun məzarı
Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Daş Salahlı kənd sakini, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun məzarı
Daş Salahlı kənd Şəhidlər xiyabanında uyuyan şəhidlərimiz
Ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Orta Salahlı kənd sakini, şəhid əsgər Vəliyev Anar Həmzə oğlunun məzarı Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kənd sakini, şəhid kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kənd sakini, şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlunun məzarı
Aprel döyüşlərinin qəhrəmanı, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmiş, Fərəhli kənd sakini, şəhid kapitan Orucov Mühüd Qurban oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kənd sakini, şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qızılhacılı kənd sakini, şəhid (MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğlunun məzarı
GOYEZEN.AZ Geri qayıt |