Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı rayonun Aşağı Salahlı, Orta Salahlı və Yuxarı Salahlı kəndlərində Kür çayının mövcud vəziyyəti ilə yerində tanış olub

İcra başçısı rayonun Aşağı Salahlı, Orta Salahlı və Yuxarı Salahlı kəndlərində Kür çayının mövcud vəziyyəti ilə yerində tanış olub


28-06-2022, 22:49


Məlumat verdiyimiz kimi, son günlər havaların qeyri-sabit keçməsi Kür çayına da öz təsirini göstərib. Belə ki, Qazax rayonu ərazisindən axan Kür çayında da yağan intensiv leysan yağışları nəticəsində suyun səviyyəsində artım müşahidə olunur.

Rayonun Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Birinci Şıxlı və İkinci Şıxlı kəndlərində Kür çayında suyun səviyyəsində artım müşahidə edilməkdədir.

İyunun 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovla birlikdə Aşağı Salahlı, Orta Salahlı və Yuxarı Salahlı kəndlərində olub, Kür çayının mövcud vəziyyəti, çayda suyun hazırki səviyyəsi ilə yerində maraqlanıb.

Rayon rəhbərliyinə bildirilib ki, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası tərəfindən qeyd edilən kəndlərdə sakinlərin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülüb. Sözügedən kəndlərdə sakinlərin təhlükəsizlik tədbirlərinə riayət etmələri, xüsusilə də Kür çayı ətrafında heyvandarlıqla məşğul olan sakinlərin diqqətli olmaları, mal-qaralarını çay ətrafı ərazilərdən çıxarmaları barədə məlumat verilib.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Qərb Regional Hidrometeorologiya Mərkəzinin direktoru Əli Ağayev, direktor müavini Musa Şükürov, Milli Hidrometeorologiya Xidməti, Müşahidə sistemlərinin təşkili və metodiki təminat şöbəsinin müdiri Əkbər Əsgərov, Monitorinq sektorunun müdiri Anar Tağıyev Aşağı Salahlı, Orta Salahlı və Yuxarı Salahlı kəndlərində olaraq Kür çayında suyun səviyyəsini müşahidə edib, çayın məcrasından çıxması nəticəsində su basan ərazilərin mövcud vəziyyəti ilə tanış olublar.

Aşağı Salahlı kəndi



Orta Salahlı kəndi


Yuxarı Salahlı kəndi




GOYEZEN.AZ


Geri qayıt