Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazax rayon sakinlərinin nəzərinə!

Qazax rayon sakinlərinin nəzərinə!


27-06-2022, 16:12


İyun ayında ölkənin əsasən, şimal və qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində respublika çaylarında suyun səviyyəsi artıb. Bu səbəbdən daşqın və sel hadisələri qeydə alınır.

Son günlər havaların qeyri-sabit keçməsi Kür çayına da öz təsirini göstərib. Qazax rayonu ərazisindən axan Kür çayında da yağan yağışlar nəticəsində suyun səviyyəsində artım müşahidə olunur.

Rayonun Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Birinci Şıxlı və İkinci Şıxlı kəndlərində Kür çayında suyun səviyyəsində artım müşahidə edilməkdədir.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası tərəfindən həmin kəndlərdə sakinlərin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülür. Lakin buna baxmayaraq adları qeyd edilən kəndlərdə sakinlərin təhlükəsizlik tədbirlərinə riayət etmələri, xüsusilə də Kür çayı ətrafında heyvandarlıqla məşğul olan sakinlərin diqqətli olmaları, mal-qaralarını həmin ərazilərdən çıxarmaları tövsiyə olunur.

Onu da qeyd edək ki, artıq çay ətrafı ərazilərdən heyvanların çıxarılmasına başlanılıb.



 

GOYEZEN.AZ


Geri qayıt