Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı həftə ərzində müraciət etmiş vətəndaşları bu gün ümumi şəkildə qəbul edib
İcra başçısı həftə ərzində müraciət etmiş vətəndaşları bu gün ümumi şəkildə qəbul edib24-06-2022, 16:17 |
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan səmimi münasibətləri, dövlətimiz tərəfindən ayrılan diqqət və qayğı onu söyləməyə əsas verir ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Bu gün dövlət tərəfindən vətəndaş amilinin, vətəndaş məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuruna nümunədir. Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir. Bu həftə ərzində müraciət etmiş daha 22 nəfər vətəndaşın istəyi iyunun 24-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.
"Hər bir dövlət məmurunun vəzifə borcudur ki, ölkə rəhbərinin vətəndaşlara olan qayğısını onlara olduğu kimi çatdırsın, dövlət siyasətinin əsasını təşkil edən vətəndaş məmnunluğunu təmin etsin”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu amilin bundan sonra da əsas götürüləcəyini vurğulayıb. İcra başçısı bugünkü qəbulun da məhz bu məqsədi daşıdığını, vətəndaşlara olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. "Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru birmənalı şəkildə bilməlidir ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Sonra Qazax şəhər sakinləri Carçıyeva Ulduz Abdulla qızının, Mustafayev Aqil İsmayıl oğlunun, Budaqova Bənzər Mahmud qızının, Aşurov Etibar Qiyas oğlunun, Əlili Kəbirə Süleyman qızının, Cəfərova Məlahət Öysəd qızının, Cəfərli kənd sakini Hüseynxanov Babək Abbasəli oğlunun, Kosalar kənd sakinləri Hüseynov Elçin Kamran oğlunun, Nəsibova Qətibə Sayuz qızının, Aşağı Əskipara kənd sakini Həsənova Xanım Məmmədəli qızının, Orta Salahlı kənd sakini İsgəndərov Həmid Əsgər oğlunun, Ürkməzli kənd sakini Məmmədova Aynur Şakir qızının, Quşçu Ayrım kənd sakinləri Pirvəliyeva Ərkinaz İbrahim qızının, Bayramov Məhərrəm Hüseyn oğlunun, Kəmərli kənd sakinləri Dəryahquluyev Hüseyn Şəmistan oğlunun, Rəhimov Rəhim Məcid oğlunun, Xeyrımlı kənd sakini Abbasova Lamiyyə İlham qızının, Daş Salahlı kənd sakinləri Məşədiyev Samir Röşən oğlunun, Vəliyeva Zəminə Alı qızının, Bağanıs Ayrım kənd sakini Adıgözəlov Hüseyn Şəmil oğlunun, Aslanbəyli kənd sakini Abdullayev Namiq Mövlud oğlunun, Ağköynək kənd sakini Mustafayev Murad Bəhmən oğlunun müxtəlif səpkili müraciətləri dinlənilib. Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində, eləcə də Məşğulluq Mərkəzində olan digər boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların həyətyanı torpaq sahəsi ilə təmin edilməsində, əlillik dərəcəsinin bərpa edilməsində, sığınacaqla təmin olunmasında, yaşadığı evə qaz xəttinin çəkilməsində, özünüməşğulluq proqramına cəlb edilməsində köməklik göstərilməsi, eləcə də digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib. GOYEZEN.AZ
Geri qayıt |