Əsas Səhifə > Manşet / İdman > İcra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri V İslam Həmrəyliyi Oyunları üçün Qazaxda təlim-məşq keçən idmançılarla görüşüblər

İcra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri V İslam Həmrəyliyi Oyunları üçün Qazaxda təlim-məşq keçən idmançılarla görüşüblər


23-06-2022, 22:43


Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına hazırlıqları davam edir.

2022-ci il 8-18 avqust tarixlərində baş tutacaq yarışa idmançılarımız böyük həvəslə hazırlaşırlar.

Azərbaycan Kikboksinq Federasiyasının yığma komandası iyunun 12-dən başlayaraq Qazax Olimpiya İdman Kompleksində təlim-məşq toplantılarına start veriblər. İyunun 26-dək davam edəcək təlim-məşqlərdə idmançılarımız uğur qazanmaq üçün var qüvvələri ilə hazırlaşırlar.

İyunun 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Qazax Olimpiya İdman Kompleksində olub, təlim-məşq keçən idmançılarla görüşüblər.

İdmançılarla səmimi söhbət edən rayon rəhbərliyi onlara qatılacaqları yarışda uğurlar arzulayblar. Qalib ölkənin idmançıları olaraq qardaş Türkiyədən qızıl medallarla qayıdacaqlarına, Azərbaycanın üçrəngli bayrağını yüksəklərdə dalğalandıracaqlarına əminliklərini qeyd ediblər.

İdmançılar onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qazaxda təlim-məşq toplantılarının keçirilməsi üçün onlara yaradılan şəraitə görə razılıqlarını ifadə ediblər. Rayon rəhbərliyinə səmimi münasibətə və bugünkü görüşə görə təşəkkürlərini çatdırıblar.

GOYEZEN.AZ


Geri qayıt