Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda işsiz və işaxtaran şəxslər üçün keçirilən “Açıq qapı” günündə peşə və sahə assosasiyaları yaradılmasının dəstəklənməsindən söhbət açılıb

Qazaxda işsiz və işaxtaran şəxslər üçün keçirilən “Açıq qapı” günündə peşə və sahə assosasiyaları yaradılmasının dəstəklənməsindən söhbət açılıb


9-06-2022, 21:56

İyunun 9-da Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının və "Saloğlu” fərdi firmasının birgə təşkilatçılığı ilə işsiz və işaxtaran şəxslər üçün "Açıq qapı” günü keçirilib.

“Açıq qapı” gününün keçirilməsində əsas məqsədlərdən biri də ölkə Prezidenti İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq   Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi istiqamətində dövlət tərəfindən görülmüş işləri diqqətə çatdırmaq olub. 


Qazax Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov, "Saloğlu” fərdi firmasının baş direktoru Zaur Əhmədov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, rayonda fəaliyyət göstərən digər sahibkarlar, şəhər və rayonun kəndləri üzrə işsiz və işaxtaran şəxslər iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının və "Saloğlu” fərdi firmasının rəhbərliyinə bugünkü tədbirin keçirilməsinə görə razılığını bildirib. Dövlət və ölkə Prezidenti İlham Əliyev tərəfindən vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin olunması, işsizliyin aradan qaldırılması istiqamətində görülmüş işlərdən danışan icra başçısı bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini bildirib. "Saloğlu” fərdi firmasının fəaliyyətindən söz açan rayon rəhbəri yeni istifadəyə veriləcək "Venzana” fabrikində yeni iş yerlərinin açılmasını rayonda işsizliyin aradan qaldırılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirib. İcra başçısı qeyd edib ki, bu gün təşkil olunmuş "Açıq qapı” gününün əsas məqsədi işsiz və işaxtaran vətəndaşları "Saloğlu” fərdi firması tərəfindən təqdim olunan vakant yerlərdə işlə təmin etməkdir. 

İcra başçısı çıxışında ölkə Prezidentinin müvafiq tarixli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi istiqamətində görüləcək işlərə də toxunub. Rayon rəhbəri məşğulluğun artırılması, qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi və digər bu kimi işlərin həyata keçirilməsi baxımından peşə və sahə assosiasiyalarının yaradılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, bununla bağlı sahibkarların da təkliflərini irəli sürərək öz töhfələrini vermələrini bildirib. 


 

Sonra tədbir iştirakçılarının işlə bağlı müraciətləri dinlənilib. "Saloğlu” fərdi firması tərəfindən təqdim olunan peşələr üzrə firmaya müraciət etmələri və qeydiyyatdan keçmələri tövsiyə olunub. 

Daha sonra işlə təmin olunmaq üçün müraciət etmiş vətəndaşların qeydiyyatı aparılıb. 

Məlumat üçün qeyd edək ki, "Saloğlu” fərdi firması tərəfindən 14 peşə - satınalma mütəxəssisi, satış mütəxəssisi, planlama mütəxəssisi, kadrlar üzrə mütəxəssis, mühasib, maliyyə mütəxəssisi, operator, usta köməkçisi, mebel montaj ustası, mebel ustası, təsərrüfat işçisi, fəhlə, dərzi, tikişçi peşələri üzrə 200 vakansiya elan olunub. "Açıq qapı” günündə 200 nəfərə yaxın vətəndaş iştirak edib. Qeyd olunan vakansiyalar üzrə işə qəbul olunmaq istəyən 75 nəfər şəxs qeydiyyatdan keçib. 


















 

GOYEZEN.AZ


Geri qayıt