Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan parkda abadlıq işlərinə start verilib

Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan parkda abadlıq işlərinə start verilib


11-05-2022, 16:42


Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində paytaxt Bakıda, eləcə də respublikamızın bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Son dövrlər bunu Qazaxda aparılan abadlıq işlərinin timsalında da aydın şəkildə görmək olur. İllər öncə aparılan quruculuq işləri Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra daha da geniş vüsət alıb. Prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, parkların abadlaşdırılması bu dediklərimizin əyani sübutudur.

Bu gün Qazax şəhərinin mərkəzində yerləşən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan park da yenidən abadlaşdırılır. 2007-ci ilin 30 mayında ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən parkda abadlıq işlərinin aparılmasına ehtiyac vardı. Bunu nəzərə alan rayon rəhbərliyinin tapşırığına əsasən Xalq yazıçısının adını daşıyan parkda yenidən abadlıq işlərinə start verilib. Hazırda parkda yeni tamet döşənir.

 

Mayın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov parkda görülən işlərlə tanış olub, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Parkda quruculuq işlərinin aparılması rayon sakinləri tərəfindən də razılıqla qarşılanır. Sakinlər, ziyalılar Xalq yazıçısı İsmayıl Şıxlının adını yaşadan parkın yenidən abadlaşdırılmasını ədibin yaradıcılığına verilən yüksək qiymət, xatirəsinə göstərilən ehtiram kimi dəyərləndirirlər. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq edirlər.







GOYEZEN.AZ


Geri qayıt