Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı bu gün daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edib

İcra başçısı bu gün daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edib


11-05-2022, 15:30


Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bir daha onu sübut edir ki, bu sahə hər zaman prioritet istiqamətlərdəndir. Bu, vətəndaşlara göstərilən qayğıda, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələrdə də aydın şəkildə özünü göstərir. Ən əsası isə bu, hər bir dövlət məmuru üçün örnəkdir.

Qazax rayonunda da vətəndaş amili hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.   


Mayın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edib.

Çaylı kənd sakini Allahverdiyeva Jalə Şahin qızının, Cəfərli kənd sakini Vəliyeva Sədaqət Səməd qızının, Daş Salahlı kənd sakini Əliyev Laçın Qara oğlunun müxtəlif səpkili müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.


 

GOYEZEN.AZ


Geri qayıt