Əsas Səhifə > Manşet / Rəsmi > Bu həftə ərzində müraciət etmiş vətəndaşlar idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib

Bu həftə ərzində müraciət etmiş vətəndaşlar idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib


6-05-2022, 14:02


Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsi Qazaxda da hər zaman örnək götürülür. Məhz bu amili əldə rəhbər tutaraq vətəndaşlar fərdi və ya ümumi şəkildə qəbul edilirlər.

Bu həftə ərzində müraciət etmiş daha bir qrup vətəndaşın istəyi mayın 6-da idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.


"Ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara olan münasibəti, onlara göstərdiyi qayğı hər bir dövlət məmuru üçün örnəkdir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu amilin bundan sonra da hər bir işdə əsas götürüləcəyini vurğulayıb. Bugünkü qəbulun da məhz bu məqsədi daşıdığını bildirib. İcra başçısı vətəndaşlara olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını söyləyib.


"Vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Sonra şəhər, eləcə də rayonun Alpout, Hüseynbəyli, Xeyrımlı, Orta Salahlı, İkinci Şıxlı, Daş Salahlı kəndlərindən olan 14 nəfər vətəndaşın müraciətləri dinlənilib.

Vətəndaşların işlə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində, eləcə də Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların əkin sahəsinin suvarılması, torpaq sahəsi, sığınacaqla təmin olunma, ünvanlı sosial yardım və əlillik dərəcəsinin təyin olunmasına köməklik göstərilməsi, həyətindən keçən qaz xəttinin yerinin dəyişdirilməsi, eləcə də digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.















GOYEZEN.AZ


Geri qayıt