Cənab Prezident
İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına
uyğun olaraq Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən
qurulması layihəsi uğurla icra olunmaqdadır. Ölkə
başçısının qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən
icra edilən layihə Qazax şəhərində 26 min nəfərin su və kanalizasiya
xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb. Qazax şəhərində 1970-ci
illərdə yaradılmış ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara
yararsız vəziyyətə düşdüyündən mövcud tələbatı qarşılamaq iqtidarında deyildi.
Bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan hökuməti və İslam İnkişaf
Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində yeni
infrastruktur yaradılır. Belə ki, Qazax şəhəri və ətraf kəndləri dayanıqlı
içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu
qazılıb, 8,6 kilometr quyulararası su xətləri inşa edilib. Mənbədən götürülən
suyun anbarlara ötürülməsi məqsədilə nasos stansiyası tikilib. Su mənbəyindən
Qazax şəhərinə 9 kilometr magistral su kəmərinin tikintisi başa çatdırılıb.
Şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün tutumu 10 min kubmetr (hər biri 5 min kubmetr) olan su anbarı inşa
olunub. Şəhərdə yaranan tullantı suların
təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr
olan tullantı sutəmizləyici qurğu tikilib.
Bu gün onu da əminliklə
qeyd edə bilərik ki, su və kanalizasiya sistemlərinin çəkilməsinə başlanılan
ilk gündən rayon rəhbərliyi bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon
rəhbərinin müvafiq Sərəncamı ilə su və kanalizasiya sisteminin yenidən
qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması
məqsədilə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən,
ağsaqqal və ziyalılarından ibarət Komissiyanın yaradılması, ilk gündən görülən
işlərin mövcud vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların
keçirilməsi, eləcə də çəkiliş aparılan ərazilərə yerində baxılması, işlərin
keyfiyyəti ilə maraqlanılması bu dediklərimizin bariz nümunəsidir.
Aprelin 22-də Qazax
Rayon İcra Hakimiyyətində icra başçısı Rəcəb Babaşovun, icra aparatının məsul
şəxslərinin, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi
Natiq Əhmədovun, "Azərsu”ASC-nin şöbə rəisi Fuad Əhmədovun, mühəndis
Rövşən Əsgərovun, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax
Sukanal sahəsinin rəisi Alı Hüseynovun iştirakı ilə şəhərin içməli su və tullantı su
sistemlərinin yenidən qurulması layihəsinin icrasının mövcud vəziyyəti növbəti
dəfə müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov həmişə olduğu
kimi, bugünkü iclasın da əsas məqsədinin su və kanalizasiya sistemlərinin çəkilişi
ilə bağlı görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olmaq, müzakirə etmək
və işlərin keyfiyyəti ilə maraqlanmaq olduğunu bildirib. İcra başçısı çəkiliş
yekunlaşan bütün ərazilərdə istər su sayğaclarının, istərsə də evlərə verilmiş
su birləşmələrinin mövcud vəziyyətinin öyrənilməsini, test aparılmasını, görülməsi
nəzərdə tutulan digər işlərin geniş şəkildə təhlil olunmasını qeyd edib və aidiyyəti
üzrə müvafiq tapşırıqlarını verib. Rayon rəhbəri görülən bütün işlərin günün tələbləri
səviyyəsində qurulmasını, texniki göstəricilərə cavab verən səviyyədə
aparılmasını vurğulayaraq bu işlərin kökündə vətəndaş amilinin, onların
məmnunluğunun, əhalinin 24 saat dayanıqlı su ilə təminatının dayandığını
bildirib.
GOYEZEN.AZ
Geri qayıt
|