Əsas Səhifə > Manşet / Rəsmi > Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov Qazax rayonunda vətəndaşları qəbul edib
Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov Qazax rayonunda vətəndaşları qəbul edib15-04-2022, 19:35 |
Aprelin 15-də Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov Qazax rayonunda vətəndaşları qəbul edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və qonaqlar qəbuldan öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ümummilli Liderin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən stendlərlə tanış olublar.
Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksi və ətrafında salınmış park ziyarət olunub. Rayon rəhbərliyi torpaqlarımızın azadlığı uğrunda Qazax rayonundan 339 nəfər igid Vətən oğlunun şəhidlik zirvəsinə ucaldığını bildirib. Ziyarət olunan kompleksin Vətən müharibəsində şəhid olan 51 nəfərin xatirəsinə yaradıldığını qeyd edib. Şəhərin mərkəzində isə bütün şəhidlərin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanının olduğunu vurğulayıb.
Daha sonra Gəncə Apellyasiya Məhkəmənin sədri qəbula gələn hər bir vətəndaşın məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərini dinləyərək, qaldırılan məsələlərin araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin Aparatının qəbulda iştirak edən məsul işçisinə müvafiq tapşırıqlar verib. Belə tədbirlərin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasında olan digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.
Geri qayıt |