Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


13-04-2022, 21:09


Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili, xüsusən də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda birmənalı şəkildə icra edilir. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibətinin, vətəndaşlara göstərdiyi diqqət və qayğısının əsasında məhz dövlətin və ölkə rəhbərinin vətəndaşlara olan münasibəti dayanır. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar onu deməyə əsas verir ki, dövlət daim vətəndaşının yanındadır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarı ilə 6 mart tarixindən etibarən vətəndaş qəbulu yenidən həyata keçirilir. 

 

Aprelin 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş bir qrup vətəndaşı növbəti dəfə fərdi şəkildə qəbul edib.

Qazax şəhər sakinləri Salmanov Mehdi Tahir oğlunun, Qasımova İnarə Vaqif qızının, Salmanova Zəhra Zülfüqar qızının, Babacanov Məsim Əli oğlunun, Əliyev İslam Babaş oğlunun, Birinci Şıxlı kənd sakini Həsənova Mətanət Həsən qızının müraciətləri dinlənilib. Vətəndaşların işlə təmin olunma, ünvanlı sosial yardım və digər müxtəlif səpkili müraciətlərimüvafiq olaraq cavablandırılıb.





 

GOYEZEN.AZ


Geri qayıt