Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda daha bir ticarət obyektinin açılışı olub

Qazaxda daha bir ticarət obyektinin açılışı olub


5-04-2022, 17:31


Respublikamızda ölkə Prezidenti İlham Əliyev tərəfindən sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Dövlət tərəfindən sahibkarlara göstərilən qayğı Qazaxda da hiss olunur. Məhz bu qayğı sayəsində rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin sayı durmadan artır.

Aprelin 5-də rayonda daha bir ticarət obyektinin açılışı olub. Şəhərin Nəriman Nərimanov küçəsi 72C ünvanında istifadəyə verilən "Murad market 2” adlanan ərzaq məhsulları mağazası rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisidir.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov birinci müavin Məmməd Alıyevlə birlikdə yeni istifadəyə verilən marketdə olub, rayon sakinlərini və marketin əməkdaşlarını səmimi qəlbdən təbrik edib, yeni yaradılan marketə xeyir-dua verib. Rayon rəhbəri qeyd edib ki, bu gün respublikamızda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Yeni müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi üçün Qazaxda sahibkarlara geniş imkanlar yaradılır, hər cür dəstək göstərilir. Ona görə də rayonumuzda bu istiqamətdə görülən işlər getdikcə artır və özəl sektor sürətlə inkişaf edir.


Mağaza sahibi Murad Osmanov sahibkarlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü ziyarəti sahibkarlara olan dəstəyin bariz nümunəsi kimi qiymətləndirən mağaza sahibi bildirib ki, Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Ən əsası da məqsəd işsizliyin aradan qaldırılmasında öz töhfəmizi verməkdir. M.Osmanov hazırda marketdə 15 nəfərin işlə təmin olunduğunu bildirib. Mağazada satılan məhsullar haqqında məlumat verən M.Osmanov hər zaman keyfiyyətə önəm verildiyini vurğulayıb.

GOYEZEN.AZ


Geri qayıt