Əsas Səhifə > Manşet / Rəsmi > Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib


2-04-2022, 00:24


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: "İnsanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”.


Geri qayıt