Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


29-03-2022, 20:07


Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili, xüsusilə də vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibətinin, vətəndaşlara göstərdiyi diqqət və qayğısının arxasında da məhz dövlətin və ölkə rəhbərinin vətəndaşlara olan münasibəti dayanır. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar onu deməyə əsas verir ki, dövlət daim vətəndaşının yanındadır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarı ilə 6 mart tarixindən etibarən vətəndaş qəbulu yenidən həyata keçirilir.

 

Martın 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş bir qrup vətəndaşı növbəti dəfə fərdi şəkildə qəbul edib.

Quşçu Ayrım kənd sakini Hüseynova Könül Əhməd qızının, Orta Salahlı kənd sakini Babacanov Nəbi Musa oğlunun, Daş Salahlı kənd sakini İbrahimov Elmar Eldar oğlunun, Aşağı Əskipara kənd sakini Almədədov Aftandil Hacıvəli oğlunun, Xanlıqlar kənd sakini Rzayev Zərmail Abdulla oğlunun, Çaylı kənd sakini Bənnayev Rəşad Elşad oğlunun müraciətləri dinlənilib. Vətəndaşların işlə bağlı müraciətlərinə cavab olaraq "Saloğlu” mebel fabrikində iş təklif olunub, digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.




 

GOYEZEN.AZ


Geri qayıt