Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Quşçu Ayrım kəndində sakinlərin müraciətini yerində dinləyib
İcra başçısı Quşçu Ayrım kəndində sakinlərin müraciətini yerində dinləyib2-02-2022, 20:25 |
Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsi hər bir dövlət məmuru üçün örnək, ən əsası da gələcək fəaliyyətində yol xəritəsi olmalıdır. Ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları bir daha onu sübut edir ki, həyata keçirilən tədbirlərin, atılan bütün addımların arxasında vətəndaş məmnunluğu dayanır. Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman örnək götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, məcburi köçkün ailələri ilə yanaşı, sərhəddə yaşayan sakinlərə də daim qayğı ilə yanaşılır. Onları narahat edən məsələlər hər zaman diqqət mərkəzində saxlanılır. Fevralın 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxslərinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri ilə birlikdə Quşçu Ayrım kəndində olması, bir qrup sakinin elektrik enerjisi və sayğacla bağlı müraciətlərinə yerində baxış keçirməsi, onların istəklərini dinləməsi vətəndaşlara olan növbəti qayğıdır.
Sakinlərin müraciətlərini diqqətlə dinləyən icra başçısı qaldırılan məsələyə həssaslıqla yanaşılacağını bildirib. Qeyd edilən məsələnin araşdırılmasını, mövcud imkanların öyrənilməsini söyləyib və müsbət həll olunması istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib. Kənd sakinləri onlara göstərilən diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd etdikləri məsələnin həlli ilə bağlı lazımi addımların atılmasını razılıqla qarşılayıblar.
GOYEZEN.AZ Geri qayıt |