Yanvarın
28-i Kəlbəcər rayonunda xidməti vəzifəsini icra edərkən həlak olmuş,
Şəhidlik zirvəsinə yüksəlmiş "N" saylı hərbi hissənin
mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 2-ci
mühəndis-istehkam manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçu (MAHHXHQ) kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlunun ildönümüdür.
Qəhrəman şəhidimizin ildönümünü bu gün təkcə ailəsi
deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. Bu
gün Şəhidlik zirvəsinə ucalmış igid Vətən oğlunun ata ocağında ildönümü
qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad
edilib.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan
Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Milli
Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, Azərbaycan
Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin
sədrləri və üzvləri, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları,
doğmaları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov şəhidimizə Allahdan
rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini
çatdırıb. Alıxan Qaragözov kimi oğullarımızla hər birimizin fəxr etdiyini,
qürur duyduğunu bildirib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı
illər ötsə belə Azərbaycan xalqının tarixi Qələbənin müəllifi olan Ali Baş
Komandanı, hərbçilərimizi, şəhidlərimizi, qazilərimizi heç zaman unutmayacağını
qeyd edib. "Nə qədər xalqımız, dövlətimiz var, Vətən uğrunda canından
keçən, bizlərə əziz olan şəhidlərimiz daim xatırlanacaq, fəxrlə, qürurla yad
olunacaq. Onların xatirəsini uca tutmaq, adını yaşatmaq da hər birimizin
borcudur”, - deyən icra başçısı canlarını torpaq üçün fəda edən bütün
şəhidlərimiz kimi, Alıxan Qaragözovun da Azərbaycan xalqının, qazaxlıların
qəlbində əbədi yaşayacağını vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə
göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin
qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə
göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd
edib.
Şəhid anası Mahirə Qaragözova oğlu Alıxanın timsalında bütün şəhidlərimizlə hər
zaman fəxr edib, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara
göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham
Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə
minnətdarlığını bildirib. Oğlunun şəhid olduğu ilk gündən xatirəsinin daim
yad olunmasını Alıxanın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın
bariz nümunəsi kimi göstərib.
Kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu
Şəhid kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu 25
fevral 1989-cu ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1996-cı
ildə Şamoy Çobanov adına Qazax rayon Ağköynək kənd tam orta məktəbin 1-ci
sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini
bitirmişdir. Məktəb illərində idmana daha çox maraq göstərir, karate ilə
məşqul olur, yarışlarda iştirak edirdi. Hətta bir neçə dəfə çempion olub
medallar da almışdı. Məktəbi bitirdikdən sonra 03.07.2007-ci
ildəAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi
hərbi xidmətə çağrılmış, hərbi xidmətini "212” saylı hərbi hissədə
davam etdirmişdir. 01.01.2009-cu ildə ordudan təxris olunmuşdur. Həmin
ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kiçik çavuş kimi
xidmət etməyə başlamışdır. Hərbi sahəni özü seçdiyi üçün Alıxan
Qaragözov xidmətini yüksək səviyyədə həyata keçirir, vicdanla qulluq edirdi.
Bunun nəticəsi idi ki, Alıxan Qaragözov "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley və "Qüsursuz
xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Yanvarın
21-də Alıxan Qaragözovun tabe olduğu bölüyü (2021-ci il) Kəlbəcər rayonunun
Zülfüqarlı kəndinə gətirdilər. Burada onlar əraziləri minalardan təmizləməyə
başladılar. "N" saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci
mühəndis-istehkam tağımının 2-ci mühəndis-istehkam manqasının komandiri,
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Alıxan Qaragözov
üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, azad edilmiş əraziləri
minalardan təmizlədikcə rahat nəfəs alırdı. Çünki təmizləmə əməliyyatı bu
torpaqlarda həyata keçiriləcək tikinti-quruculuq işlərinin başlanması demək
idi. Alıxan Qaragözov yanvarın 28-də döyüş təminatı ilə bağlı xidməti
vəzifəsini yerinə yetirərkən həlak olmuş, Şəhidlik zirvəsinə
yüksəlmişdir. 29.01.2021-ci il tarixdə doğulduğu Ağköynək kənd
qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Bir qız övladı yadigar
qalıb. Şəhidimizin doğulub boya-başa çatdığı Ağköynək kəndində
vaxtilə yaşadığı küçənin girişində adını əbədiləşdirən bulaq inşa olunub.
GOYEZEN.AZ
Geri qayıt
|