Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskadan istifadə ilə bağlı mobil qrup üzvləri tərəfindən növbəti reyd keçirilib

Qazaxda qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskadan istifadə ilə bağlı mobil qrup üzvləri tərəfindən növbəti reyd keçirilib


26-01-2022, 19:45


Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən tədbirlər Qazaxda da uğurla davam etdirilir.

Rayonda pandemiya ilə mübarizə məqsədilə Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrup üzvləri tərəfindən mütəmadi olaraq reydlər keçirilir, maarifləndirmə və təbliğat işləri aparılır. Virus əleyhinə vaksinasiya prosesi ilə bağlı sakinlər ətraflı məlumatlandırılır. OnlaraAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah olunur.

Yanvarın 26-da Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, Rayon Polis Şöbəsinin rəis müavini, polkovnik-leytenant Fəxri Aslanov, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları və digər mobil qrup üzvləri tərəfindən rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə, qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı növbəti reyd keçirilib.

Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsininəməkdaşları tərəfindən keçirilən reyd zamanı şəhər və kənddaxili marşrut avtobusları, eləcə də minik avtomobilləri yoxlanış məqsədilə saxlanılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin, vaksinasiya olunmaq barədə COVID pasportunun olmasının, xüsusi karantin rejimi qaydalarına əməl etmənin vacibliyi bir daha izah olunub, qaydalara əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək cərimələnəcəkləri bildirilib.

Reyd ticarət obyektlərində də davam etdirilib. Burada da tibbi maskadan istifadənin, gigiyenik qaydalara riayət olunmasının vacibliyi barədə obyekt sahiblərinə, satıcı və alıcılara bir daha xəbərdarlıq olunub, karantin rejimini pozanlar barədə ciddi cəza tədbirlərinin görüləcəyi qeyd edilib.

Reyd zamanı ölkə başçısının rəhbərliyi altında bu günə kimi pandemiya ilə mübarizədə görülən bütün işlərin kökündə vətəndaşların sağlamlığının qorunmasının dayandığı bir daha vurğulanıb. Dövlətin və onun rəhbərinin COVID-19-la mübarizədə gördüyü işlərə hər bir vətəndaşın dəstək olması qeyd olunub. Kimliyindən, vəzifəsindən asılı olmadan hər bir vətəndaşın bu məsələdə məsuliyyətli olması, əsl birlik, həmrəylik nümayiş etdirməsi söylənilib. Dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq üçün də ilk növbədə hər bir vətəndaşın üzərinə düşən işin öhdəsindən layiqincə gəlməsi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə hər kəsin əməl etməli olduğu qeyd olunub.

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Qazax rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi də uğurla davam edir. "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiyanın vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət mərkəzində saxlanılır. 

Rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə vaksinasiya prosesi həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Qazax rayonu üzrə vətəndaşlara 160 min 349 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 60 min 599, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 58 min 498 nəfərdir. 

Hazırda Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə peyvəndin gücləndirici dozası olan 3‑cü peyvənd dozası – buster dozası təklif olunur. Bu gün Qazaxda da vətəndaşlara buster dozanın vurulması prosesi aparılır ki, bu günə kimi buster doza üzrə peyvənd olunanların sayı 41 min 252 nəfərdir.

Heydər Əliyev prospekti







"Qazax Avtovağzal” ASC






Bazarstore







Əsədoğlu



 

GOYEZEN.AZ


Geri qayıt