Əsas Səhifə > Manşet / Səhiyyə > Millət vəkili Səməd Seyidov Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, müalicə alan Vətən müharibəsi qazisini və xəstələri ziyarət edib

Millət vəkili Səməd Seyidov Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, müalicə alan Vətən müharibəsi qazisini və xəstələri ziyarət edib


18-01-2022, 22:21


"Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğı hər bir dövlət məmuruna örnək və nümunə olmalıdır”. 

Bu gün bu fikirləri 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş Səməd Seyidov Qazaxda Rayon Mərkəzi Xəstəxanasında olan zaman səsləndirib.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri köməkçisi Akif Əmirovla birlikdə xəstəxanada müalicə alan Vətən müharibəsi qazisi və xəstələrlə görüşüb, onların qayğıları ilə maraqlanıb.


 

Xəstəxanada müalicə alan vətəndaşlarla görüşən millət vəkili hər zaman olduğu kimi, bugünkü görüşün təməlində də ölkə Prezidentinin onlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını bildirib. 

Xəstəxanada müalicə alan xəstələrlə, onların yaxınları ilə səmimi söhbət edən millət vəkili və icra başçısı onların qayğılarını dinləyib, belə görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini, hər bir dövlət məmurunun da vəzifə borcunun vətəndaşlara qayğı göstərmək olduğunu bir daha diqqətə çatdırıblar.

Vətəndaşlar bugünkü ziyarəti dövlətin növbəti qayğısı kimi qeyd edərək millət vəkilinin onların qayğıları ilə maraqlanmasını, dinləməsini minnətdarlıqla qarşılayıblar.


Ölkə Prezidenti İlham Əliyev tərəfindən "Cəsur döyüşçü”  "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş, amputasiya olunan ayağında sümük uzanması səbəbindən təkrar əməliyyat olunan qazi Kənan Musayevi ziyarət edən millət vəkili və icra başçısı 44 günlük Vətən müharibəsində sağlamlığını itirən bütün qazilərimizin Azərbaycan xalqı üçün əziz olduğunu qeyd ediblər. Qazimizə tezliklə sağlamlığına qovuşmasını arzulayıblar. Əldə etdiyimiz böyük Zəfərə görə Ali Baş Komandana, şəhidlərimizə, Kənan kimi oğullarımıza borclu və minnətdar olduğumuzu söyləyiblər. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Kənan kimi oğullarımızla hər birimizin fəxr etdiyini vurğulayıblar. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək qazimizə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildiriblər. 

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Cərahiyyə şöbəsinin şöbə müdiri Binyamin Abbasəliyev qazimizin səhhəti barədə məlumat verərək əməliyyatın uğurla keçdiyini, əvvəlki problemin bir daha yaşanmaması üçün əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərildiyini bildirib. Qazimizin yarasının sağaldığını, yaxın vaxtda öz evinə gedə biləcəyini qeyd edib. 

Qazi Kənan Musayev ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Qazi kimi dövlətin qayğısını hər zaman hiss etdiyini bildirən Kənan Musayev bugünkü ziyarəti dövlətimizin qazilərimizə olan növbəti qayğısı kimi qiymətləndirib. Ona göstərilən tibbi xidmətə, qayğıya görə Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə, tibb işçilərinə razılığını ifadə edib.












 

GOYEZEN.AZ


Geri qayıt