Əsas Səhifə > Manşet / Səhiyyə > İcra başçısı Qazax Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan tibb işçiləri ilə görüşüb
İcra başçısı Qazax Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan tibb işçiləri ilə görüşüb10-01-2022, 21:39 |
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə bu gün də geniş tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində lazım olan bütün zəruri işlər görülür, xüsusilə də əhalinin vaksinasiya prosesi uğurla davam etdirilir. Hər kəsə o da yaxşı məlumdur ki, koronavirusla mübarizədə həkimlərin, tibb işçilərinin rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər danılmazdır. Koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə "əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar. Bu gün Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi ŞəxsinYoluxucu xəstəliklər şöbəsində, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan həkimlər və tibb işçiləri də ölkəmizdə yaşanan bu çətin vəziyyətdə, xüsusi karantin rejimi dövründə koronavirusla mübarizədə əsl güc, dəyanət nümayiş etdirirlər. Vəzifə səlahiyyətlərini şərəflə yerinə yetirərək üzərilərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Yanvarın 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Qazax Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan tibb işçiləri ilə görüşdə də bunu bir daha qeyd edib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd edib. İcra başçısı koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycanda həyata keçirilən təxirəsalınmaz tədbirlərdən də danışıb. Respublika Prezidenti İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən bütün işlərin məhz vətəndaşların sağlamlığının qorunmasına yönəldiyini vurğulayıb.
İcra başçısı bildirib ki, istər ölkə rəhbəri İlham Əliyevin, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaq. "Biz yaxşı bilirik ki, pandemiya dövründə bu virusla mübarizədə, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi ŞəxsinYoluxucu xəstəliklər şöbəsində çalışan həkimlərimizlə yanaşı, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan əməkdaşlarımız da böyük əzmkarlıq, əsl dəyanət nümayiş etdirirlər”, - deyən icra başçısı onların əziyyətini yüksək qiymətləndirib. Rayon rəhbəri dövlətimizin, ölkə başçısının qayğısı, həkimlərimizin, tibb işçilərimizin əzmkarlığı sayəsində ölkəmizdə bu bəlanın tez bir zamanda aradan qalxacağını qeyd edib. Rayonda səhiyyə sahəsinin inkişaf etməsi, vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün yeni xəstəxanada hər cür şərait yaradıldığını vurğulayan icra başçısı bundan sonra da böyük səylə çalışmalarını bildirib. "Hər bir zəngin, çağırışın arxasında insanların həyatı, sağlamlığı dayanır”, - deyən icra başçısı daha da məsuliyyətli olmalarını bildirib və tibb işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova səhiyyə işçilərinin vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərmələri üçün xəstəxananın istifadəyə verilməsinə, eləcə də yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından bir daha təşəkkürünü çatdırıb. Belə yüksək səviyyədə xəstəxananın tikintisini istər səhiyyə işçilərinə, istərsə də rayon sakinlərinə olan böyük diqqət və qayğı kimi qiymətləndirib. Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Qazax Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbə müdiri, baş həkim əvəzi Əmirxan Mamedov səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıq edib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını söyləyib. GOYEZEN.AZ Geri qayıt |