Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Məzəm kənd sakinlərinin müraciətinə yerində baxıb

İcra başçısı Məzəm kənd sakinlərinin müraciətinə yerində baxıb


12-11-2021, 23:30


Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu amil Qazaxda da hər zaman nümunə götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda birmənalı şəkildə olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə, icra edilən layihələrdə vətəndaş məmnunluğunun təmin edilməsi əsas götürülür. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, Qazax Elektrik Şəbəkəsinin rəisiBəhruz Tağızadə ilə birlikdə bir qrup Məzəm kənd sakininin su ilə bağlı müraciətlərinə yerində baxış keçirməsi vətəndaşlara olan növbəti qayğı deməkdir.

Sakinlərin müraciətlərini diqqətlə dinləyən icra başçısı qaldırılan məsələyə həssaslıqla yanaşılacağını bildirib. Qeyd edilən məsələnin araşdırılmasını, mövcud imkanların öyrənilməsini söyləyib və müsbət həll olunması istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.

Kənd sakinlərionlara göstərilən diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd etdikləri məsələnin həlli ilə bağlı lazımi addımların atılmasını razılıq hissi ilə qarşılayıblar.

GOYEZEN.AZ


Geri qayıt