Əsas Səhifə > Manşet / Təhsil > İşçi qrupunun fəaliyyəti yüksək qiymətləndirilib –
İşçi qrupunun fəaliyyəti yüksək qiymətləndirilib –6-07-2017, 20:24 |
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə Qazax rayon Təhsil şöbəsinin nəzdində yaradılmış işçi qrupunun fəaliyyətinin nəticələri barədə tədbir keçirilib. Qazax rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə işçi qrupunun üzvləri, məktəb direktorları, yüksək nəticə əldə etmiş müəllimlər, KİV nümayəndələri iştirak edib. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq işçi qrupunun yaradılmasından və keçən bu müddət ərzində qrup tərəfindən görülən işlərdən söz açıb. Qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən təhsil sahəsinə, müəllimlərə xüsusi diqqət ayırmışam, həmişə çalışmışam ki, ziyalıları ilə tanınan Qazaxda təhsilin keyfiyyəti yüksək səviyyədə olsun. İşçi qrupunun yaradılmasında da əsas məqsəd ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin artırılması, müəllimlər arasında sağlam rəqabətin yaradılması və məktəblərdə tədrisin keyfiyyətinin öyrənilməsi idi. Elə bu məqsədlə rayonun qabaqcıl müəllimlərindən ibarət işçi qrupu yaratdıq. Çalışdıq ki, işçi qrupunun bilavasitə fəaliyyəti nəticəsində məktəblərdə savadlı müəllimləri aşkar edək, müəllimlər arasında olan sağlam rəqabəti, müəllim-şagird, müəllim-valideyn, müəllim-direktor münasibətlərini normallaşdıraq. Təhsilin keyfiyyətini, şagirdlərin dərsə davamiyyətini yaxşılaşdıraq, müəllimlərin dərsə hazırlıq səviyyəsini yüksəldək. Müəllimlərin dərs demək qabiliyyətini, şagirdlərlə rəftarını, ümumilikdə şagird-müəllim münasibətini ayrı-ayrılıqda müzakirə edək. Ümumilikdə bütün müəllimlərimizə, ziyalılarımıza diqqət ayıraq ki, vətəndaşlardan bir balaca fərqləndirək. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov qeyd edib ki, əminliklə deyə bilərəm ki, 2016-2017-ci tədris ilində işçi qrupunun yüksək səviyyədə fəaliyyəti nəticəsində biz buna nail ola bildik. Müəllimlərimizin diaqnostik qiymətləndirilmədə yüksək göstərici əldə etmələri işçi qrupunun yüksək fəaliyyətinin əsas göstəricisidir. Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova çıxış edərək işçi qrupu tərəfindən görülən işlər haqda ətraflı məlumat verib. Qeyd edib ki, rayonun araşdırma zamanı 38 məktəb üzrə dərsi dinlənilmiş, 268 nəfər müəllimdən 86 nəfəri (32%) yüksək, 169 nəfəri (63%) orta, 13 nəfəri (5%) isə zəif nəticə göstərmişdir. Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək rayon rəhbərliyi tərəfindən təhsil sahəsinə, müəllimlərə, bütövlükdə ziyalılara göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, kəndlərdə sakinlərlə olan görüşlərin belə məktəblərdə keçirilməsi, müəllimlər günündə, bayramlarda müəllimlərə diqqət və qayğı ilə yanaşması, şagirdlərimizin “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməsi üçün hər cür dəstəyin göstərilməsi rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun biz təhsil ictimaiyyətinə göstərdiyi diqqətin, verdiyi dəyərin ən bariz nümunəsidir. İşçi qrupunun üzvlərindən - metodmərkəzin direktoru Məhəmməd Cəfərov, şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Mustafa Mirzəyev, coğrafiya müəllimi Şadət Carçıyev, RTŞ-nın metodisti (ibtidai siniflər üzrə) Şəfa Yadigarova, Ağköynək kənd tam orta məktəbin kimya-biologiya müəllimi Sədaqət Əmirxanova, şəhər 4 saylı tam orta məktəbin riyaziyyat müəllimi Amalya Cəfərova, məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nüşabə Yaqubova, şəhər 5 saylı tam orta məktəbin fizika müəllimi Yasəmən Qayayeva, şəhər 4 saylı tam orta məktəbin xarici dil müəllimi Dürdanə Qələndərli, Çaylı kənd 1 saylı tam orta məktəbin müəllimi Şahnaz Carçıyeva, şəhər 3 saylı tam orta məktəbin xarici dil müəllimi Tahirə Xasməmmədova, şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Məmmədova çıxış edərək edərək qabaqcıl təhsil işçiləri və bütün təhsil ictimaiyyəti adından Qazax təhsilinə, müəllimlərinə göstərdiyi diqqət və qayğıya, verdiyi dəyərə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, Sizin dəstəyiniz və uzaqgörən rəhbərliyiniz sayəsində bütün sahələrdə olduğu kimi təhsil sahəsində də bizi daha böyük uğurlar gözləyir. Sonra hər bir qrup üzvü qiymətləndirdikləri müəllimlər, məktəblər və dərslər barədə daha ətraflı məlumat veriblər. Bundan sonra da işçi qrupunun tərkibində fəaliyyət göstərəcəklərini vurğulayıblar. Daha sonra işçi qrupunun xüsusi fərqləndirdiyi, hər fənn üzrə 1 nəfər olmaqla 9 nəfər qabaqcıl müəllimlər, əlavə olaraq işçi qrupunda diaqnostik qiymətləndirilmədə yüksək nəticə göstərmiş və yüksək səviyyədə dərs nümayiş etdirmiş müəllimlərdən 2 nəfərə Qazax rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı təqdim edilib, qalan 7 nəfər müəllimə isə rayon İcra Hakimiyyəti Başçısının təşəkkürü elan olunub. Şəhər ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi (54 bal) Flora Əmirova və 5 saylı tam orta məktəbin kimya müəllimi Raya Qasımova rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Jalə Səməndəri, 1 saylı tam orta məktəbin ingilis dili müəllimi Leyla Həsənova, məktəb-liseyin tarix müəllimi Arzu Abbasova, Birinci Şıxlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Tamella Abdullayeva, şəhər 2 saylı tam orta məktəbin fizika müəllimi Yazgül Nəcəfova, Ürkməzli kənd tam orta məktəbin coğrafiya müəllimi Cəvahir Bənnayeva və şəhər 3 saylı tam orta məktəbin biologiya müəllimi Gülnarə Hadıyevaya rayon İcra Hakimiyyəti Başçısının təşəkkürü elan olunub. Layihənin uğurla həyata keçirilməsində əməyi olan işçi qrupunun üzvləri, eyni zamanda rayonun təhsil sahəsində həyata keçirilmiş layihənin uğurlu nəticələrinə görə Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı və şöbənin aparıcı məsləhətçisi Rasim Carçıyev mükafatlandırılıblar. Bundan əlavə ümumi araşdırma zamanı daha yüksək nəticə göstərən 8 məktəbin direktorlarına - şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsti Ələkbərova, şəhər 3 saylı tam orta məktəbin direktor əvəzi Nailə Əfəndiyeva, şəhər 5 saylı tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, məktəb-liseyin direktoru Tahirə Comərdova, şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, şəhər 2 saylı tam orta məktəbin direktoru Murğuz Mustafayev, Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev, Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayevə də qiymətli hədiyyə təqdim olunub. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq sonda işçi qrupunun üzvlərini və yüksək nəticə göstərən müəllimləri bir daha səmimi qəlbdən təbrik edib, onların fəaliyyətini yüksək qiymətləndirərək gələcək işlərində daha böyük uğurlar arzulayıb. GOYEZEN.AZ
Geri qayıt |