Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib

Qazaxda kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib

30-06-2017, 17:45
Qazaxda kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib
Qazax rayonunda taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması və digər kənd təsərrüfatı bitkilərinin becərilməsinin mövcud vəziyyəti barədə müşavirə keçirilib.

Gənclər Mərkəzində keçirilən müşavirədə idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar, işçi qrupunun üzvləri, Sudan İstifadə Edənlər Birliyinin sədrləri (SİB), RİHB-nın kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri, KİV nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq rayonumuzda kənd təsəsrrüfatı sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, bu gün rayonumuzda kənd təsərrüfatı sahəsində mühüm tədbirlər həyata keçirilib. İndi kənddə işlərin qızğın çağıdır. Belə bir vaxtda müşavirəni keçirməkdə məqsəd kənd təsərrüfatı sahəsində görülən işləri nəzərdən keçirmək, qarşıda duran vəzifələri müzakirə etmək, su və texnika sarıdan kənd təsərrüfatının necə təmin olunması vəziyyətini aydınlaşdırmaq, nəyə daha çox ehtiyac olduğunu müəyyən etməkdir.
Qazaxda kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib
R.Babaşov bildirib ki, payız və qış aylarında əvvəlcədən görülmüş aqrotexniki tədbirlər nəticəsində kənd təsərrüfatı əkinlərinin vaxtlı-vaxtında aparılmasına nail olmuşuq. Bütün sahələrdə normal çıxış alınıb və gələcəkdə yüksək məhsuldarlıq gözlənilir. Əkinlərin suvarma suyu ilə təmin olunması sahəsində də heç bir problem yoxdur. Belə ki, rayon ərazisindəki 274 km uzunluğunda olan arxlar tamamilə təmizlənmiş və su itkisinin qarşısı alınmışdır. Bununla yanaşı bu gün müşavirəni çağırmaqda məqsədimiz mövcud vəziyyəti müzakirə edərək çatışmazlıqları sizin özünüzdən eşitmək və problemlərin həll olunması üçün konkret tədbirlərin görülməsidir.
Qazaxda kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib
RİHBA-da ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev, Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov çıxış edərək kənd təsərrüfatı sahəsində görülən işlərdən, həyata keçirilən aqrotexniki tədbirlərdən danışıblar.

Sonra sahibkarlardan Nəbi Paşayev, Eldar Carçıyev, Elxan Cürənov, Vahid Musayev və Xıdır Məmmədov söz alaraq rəhbərlik etdikləri təsərrüfatlarda işlərin gedişi ilə əlaqədar heç bir problem olmadığını bildiriblər.

SİB sədrlərindən Almara Abdullayeva (Daş Salahlı), Mikayıl Umudlu (Yuxarı Salahlı), Qədir Mustafayev (Xanlıqlar), Asim Carçıyev (Çaylı), Əsəd Mahmudov (Hüseynbəyli), Məzahir Şıxəliyev (Kosalar) çıxış edərək suvarmanın bütün kəndlərdə növbəlilik əsasında aparıldığını və kənd təsərrüfatının su ilə tam təmin olunduğunu vurğulayıblar. Çıxışılarda qeyd olunub ki, suvarma ilə bağlı illərdən bəri yığılıb qalan problemlər görülən məqsədyönlü tədbirlər nəticəsində tamamilə aradan qaldırılıb.

Müşavirədə taxıl biçininin başlanması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən təhlükəsizlik tədbirlərindən də söz açılıb. Qeyd olunub ki, ötən il bu sahədə heç bir problem olmayıb. Ümidvarıq ki, bu il də taxıl biçini təhlükəsiz başa çatdırılacaqdır.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq öz tapşırıq və tövsiyələrini verib. Qeyd edib ki, sudan qənaətlə və səmərəli şəkildə istifadə olunmalıdır. Eyni zamanda taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün kifayət qədər texnika ilə təmin olunması barədə göstəriş verib.

Elçin İSMAYIL

Geri qayıt