Əsas Səhifə > Manşet / Rəsmi > Azərbaycan ordusu vətənimizin müdafiəsinin təminatçısıdır
Azərbaycan ordusu vətənimizin müdafiəsinin təminatçısıdır26-06-2017, 13:04 |
Qazaxda 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar bayram tədbiri təşkil olunub. Bayram tədbirində Qarabağ müharibəsi əlilləri və veteranları, ehtiyatda olan zabitlər, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin rayon şöbəsinin zabitləri iştirak ediblər. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin heykəli önünə gül dəstələri qoyub, xatirəsini böyük ehtiramla yad ediblər. Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbiçiləri təbrik edib, Azərbaycan Ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərindən, bu gün Azərbaycanda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordu formalaşmasından, Silahlı Qüvvələrin bazasının möhkəmləndirilməsi və ölkəmizin hərbi qüdrətinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Digər çıxış edənlər bayram münasibətilə hərbi hissənin zabit və əsgər heyətini təbrik edib, Azərbaycan ordusunun yaradılması, respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışıblar. Çıxışlarda yekdilliklə bildirib ki, bu gün Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və vətənimizin müdafiəsinin tam təminatçısıdır. Sonda xidmətdə fərqlənən bir qrup hərbçiyə hədiyyələr, mükafatlar və hərbi rütbələr verilib. Ehtiyatda olan zabit Kamil Musavi Qarabağ Əlilləri və Veteranları Birliyinin təsis etdiyi “Vətən naminə” medalı ilə təltif edilib. GOYEZEN.AZ
Geri qayıt |