Əsas Səhifə > Manşet / Səhiyyə > İcra başçısı Çaylı kəndində yeni tikilən həkim məntəqəsində son tamamlanma işləri ilə tanış olub
İcra başçısı Çaylı kəndində yeni tikilən həkim məntəqəsində son tamamlanma işləri ilə tanış olub4-10-2021, 21:33 |
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, son illər Qazaxrayonunda da abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Şəhər mərkəzi ilə yanaşı kəndlərdə də genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Qazaxda bütün sahələr üzrə olan bu abadlıq işləri səhiyyə sahəsində də öz əksini tapır. Daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də məhz səhiyyə sahəsidir. İstər şəhər mərkəzində, istərsə də kəndlərdə əhalinin sağlamlığının keşiyində dayanılması üçün zəruri tədbirlər görülür, sakinlərə bu sahədə diqqət və qayğı göstərilir. Şəhərdə ötən il ölkə başçısı İlham Əliyevin açılışında iştirak etdiyi 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının tikintisi, eləcə də rayonun kəndlərində yeni həkim məntəqələrinin inşa olunması bunun bariz nümunəsidir. Qazaxın daha bir kəndində - Çaylı kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən köhnə həkim məntəqəsi üçün yeni inzibati bina tikilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni tikilən həkim məntəqəsində olub, son tamamlanma işləri ilə maraqlanıb. Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşov rayon rəhbərinə yeni inşa olunan məntəqə haqqında məlumat verərək bildirib ki, tikilən həkim məntəqəsinin ümumi sahəsi 120 kv.m-dir. Baş həkim, ailə həkimi ilk yardım, ginekoloq, peyvənd, pediatr olmaqla, 5 otaqdan ibarət olan məntəqədə həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Müasir standartlara cavab verən sanitar qovşağı yaradılıb, istilik sistemi ilə təchiz edilib. Layihə rəhbəri hazırda yeni tibb məntəqəsinə avadanlıqların yığıldığını, açılışa hazırlıq işlərinin aparıldığını bildirib.
GOYEZEN.AZ Geri qayıt |