Əsas Səhifə > Manşet / Rəsmi > “Görülən işlər göz qabağındadır”
“Görülən işlər göz qabağındadır”21-06-2017, 08:00 |
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun Çaylı kəndində sakinlərlə keçirdiyi görüşdə bu fikir səslənibDaima xalqın arasında olmaq, qısa müddətdə sakinləri narahat edən məsələləri onların öz dilindən eşitməyi özünün fəaliyyət proqramına çevirən rayon İcra Hakinmiyyətinin Başçısı Rəcəb Babaşov növbəti görüşünü Çaylı kənd sakinləri ilə keçirib. Rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlərdən, kənd təsərrüfatı sahəsində görülən işlərdən danışılıb. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Çaylı kəndində keçirilən görüşdə çıxış edərək bildirib ki, taxıl biçinin başlanılmasına, kənd təsərrüfatı işlərinin qızğın dövrünün olmasına baxmayaraq bu gün sizinlə görüşməyimizin əsas məqsədi kənd təsərrüfatında mövcud vəziyyət, kənnddə görülən işlər, əhalinin maddi rifah halının yüksəldilməsi və qarşıda duran vəzifələrin müzakirə olunmasıdır. R.Babaşov qeyd edib ki, respublikanın bütün bölgələrinə olduğu kimi Qazax rayonuna da dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ları bu gün Qazax rayonunda uğurla icra olunur. Rayonun bütün kəndlərində tikinti-abadlıq işləri aparılır, kənd sakinlərinin rifah halı yaxşılaşdırılır. Çaylı kəndində də ötən bir il ərzində əhəmiyyətli dərəcədə xeyli işlər görülüb. Birmənalı şəkildə demək olar ki, ən çox Çaylı kəndində tikinti-quruculuq və abadlıq işləri aparılıb. Kənddəki 1 saylı tam orta məktəb binası yenidən əsaslı şəkildə təmir olunub, təqribən 18 km uzunluğunda kənd yollarına çınqıl tökülərək hamarlanıb. Son 1 il ərzində kənddə 8 ədəd artezian quyusu qeydiyyata alınıb, qazılıb və bu proses davam etməkdədir. Rayonumuzda 271 km uzunluğunda arx və daxili kanallar təmizlənərək əhalinin istifadəsinə verilib. Bunun 17 km isə Çaylı kəndinin ərazisindədir. Bununla da rayonumuzda, eləcə də Çaylıda su probleminə birdəfəlik son qoyulub. Hazırda taxıl biçininə hazırlıq işləri görülür. Bu sahədə də heç bir problem yoxdur. Rayonumuzda taxıl biçinini optimal müddətdə aparmaq üçün kifayət qədər texnika var. Göründüyü kimi Çaylı kəndində 1 il ərzində demək olar ki, 5 ilin işləri görülüb. Həyata keçirilən işlər belə deməyə əsas verir ki, bu gün kənddə heç bir problem yoxdur. İşçi qrupunun üzvlərindən Qəzənfər Qocayev, Yasin Ələkbərov çıxış edərək kənddə həyata keçirilən işlərdən söz açıblar. Kənd sakinlərindən Camoy Qurbanov, Şəmistan Vəliyev, Məlahət Abdullayeva, Nofəl Hüseynəliyev, Gülmayə İsmayılova, Məmməd Qocayev, Məhəmmədəli Məşədiyev və başqaları çıxış edərək bildiriblər ki, rayonumuzda, eləcə də kəndimizdə görülən işlər göz qabağındadır. Hansını deyək, hansını danışaq. Sadalamaqla qurtaran deyil. Bizə yalnız Prezident İlham Əliyevə, eləcə də Sizə - Rəcəb Babaşova görülən bütün işlərə görə öz dərin minnətdarlığımızı bildirmək qalır. Çıxış edənlər kənddə yalnız uşaq bağçasına ehtiyac olduğunu bildiriblər. Qeyd ediblər ki, biz əminik ki, tezliklə Sizin rəhbərliyiniz altında bu problem də öz həllini tapacaqdır. Elçin İSMAYIL Geri qayıt |