Əsas Səhifə > Manşet / Şəhidlər > Millət vəkili Səməd Seyidov Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirəcək abidə kompleksinin inşası ilə tanış olub
Millət vəkili Səməd Seyidov Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirəcək abidə kompleksinin inşası ilə tanış olub19-08-2021, 23:52 |
Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, Qazaxda 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, əziz xatirələrini əbədiləşdirmək məqsədilə abidə kompleksinin inşasına başlanılıb. Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov abidə kompleksinin inşası ilə tanış olub, görülmüş işlərlə maraqlanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Nəriman Nərimanov küçəsində yaradılan abidə üçün görülməsi nəzərdə tutulan işlər barədə məlumat verib, işlərlə bağlı fikir mübadiləsi aparılıb. Hazırda hörgü işlərinin aparıldığı qeyd edilib.
Müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının adlarının əbədiləşdirilməsi istiqamətində görülən işləri ziyalı olaraq yüksək qiymətləndirən millət vəkili Qazaxda şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu qeyd edib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanından, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə yaradılmış guşədən sonra inşa olunan bu abidəni şəhidlərimizin ruhuna olan böyük ehtiram kimi qiymətləndirib. Şəhidlərimizin daim qəlblərdə yaşadığını qeyd edən millət vəkili yaradılan abidəni qəhrəman oğullarımızın gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addım kimi dəyərləndirib. Şəhidlərimizlə bağlı bu təşəbbüsünə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
GOYEZEN.AZ Geri qayıt |