Bütün
dünyada Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan Qazax həm də tarixi abidələri ilə zəngindir. Ölkə əhəmiyyətli
memarlıq abidələrindən hesab edilən abidələrdən biri də VI-VII əsrlərə aid olan Didivan
(Bürcü) qülləsidir. İnventar nömrəsi 282 olan bu tarixi abidə Qazax
rayonunun Xanlıqlar kəndi ərazisində yerləşir.
Avqustun
17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul
şəxsləri, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya
İnstitutunda aparıcı elmi işçi Bəhmən Əliyev, elmi işçi İsmayıl Umudlu, Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidmətinin Qazax rayonu üzrə baş mütəxəssisləri (abidə mühafizəçiləri)
Səadət Əliyeva, Zivər Süleymanova, Bakı Dövlət Universitetinin Qazax filialının
tarix müəllimi Mübariz Süleymanov, Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli
tam orta məktəbin Əməkdar tarix müəllimi Mustafa Mirzəyevlə birlikdə
dövlət tərəfindən qorunan Didivan qülləsinə baxış keçirib, Qüllənin
mövcud vəziyyəti ilə tanış olub.
Baxış zamanı tarixi abidələrimiz arasında özünəməxsusluğu
ilə seçilən Qüllənin əhəmiyyəti qeyd edilərək əsaslı şəkildə təmir olunmasına
böyük ehtiyac olduğu vurğulanıb. Bununla
bağlı aidiyyatı orqanlar tərəfindən lazımi addımların atılması üçün görülməsi nəzərdə
tutulan işlər müzakirə olunub.
GOYEZEN.AZ
Geri qayıt
|