Bu gün
hər kəsə yaxşı məlumdur ki, cənab Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş
amili dayanır. Son illər ölkə Prezidentinin
rəhbərliyi altında həyata keçirilən bütün işlərdə, uğurla icra edilən layihələrin
təməlində vətəndaş məmnunluğunun təmin edilməsi əsas götürülür. Ən əsası da ölkə
başçısının rəhbər vəzifəli şəxsləri qəbul
edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün
kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların
ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla
yanaşılması barədə aidiyyatı üzrə verdiyi
tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, vətəndaş amili hər zaman ön
planda olmalıdır.
Ölkə rəhbərinin vətəndaşlara göstərdiyi qayğı Qazaxda da
hər zaman örnək götürülür. Bu, rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğıda, sakinlərin
qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşmasında öz real əksini tapır. Əminliklə deyə bilərik ki, illər
öncə əsası qoyulan ənənə bu gün də olduğu kimi davam etdirilir.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra
aparatının məsul şəxsləri birlikdə şəhərin Murtuz Carçıyev küçəsində yaşayan Nəcəf-Rəşidi
Sara Elman qızının müraciətinə yerində baxış keçirməsi vətəndaşlara olan
qayğının daha bir əyani göstəricisidir. Vətəndaşın yaşadığı evin qarşısından
keçən su qajı ilə bağlı müraciətini dinləyən icra başçısı qaldırılan məsələyə
həssaslıqla yanaşılacağını bildirib və həlli üçün aidiyyatı üzrə lazımi
tapşırıqlarını verib.
Vətəndaş Sara Nəcəf-Rəşidi onlara göstərilən diqqətə,
qayğıya, müraciətinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham
Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
GOYEZEN.AZ
Geri qayıt
|