Hər kəsə yaxşı məlumdur ki, avqustun 10-da Hicri-qəməri təqviminə əsasən
Məhərrəm ayı başlayır. Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 10-na, Məhərrəm ayının 10-u Aşura günü isə avqustun 19-na təsadüf edir. Məhərrəm ayı ilə əlaqədar hər zaman ölkəmizdə dini
mərasimlər keçirilib. Lakin hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ilə
əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi və təlimatı əsasında əksər ölkələrdə
bir sıra kütləvi tədbirlərin, eləcə də dini ayin və mərasimlərin keçirilməsi
təxirə salınıb. Bir sıra müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da
Məhərrəm ayında pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl olunmasına
böyük önəm verilir. Ölkəmizdəki hazırkı epidemioloji vəziyyətə uyğun olaraq
Məhərrəm ayı ilə əlaqədar kütləviliyə yol verilməməsi vətəndaşlardan xahiş
olunur.
Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, hüquq-mühafizə orqanları rəhbərlərinin, RİH
başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər
şöbəsində müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun
Rüstəmovun, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, Qazax Cümə Məscidi
dini icmasının sədri İlham Süleymanovun, Dini Qurumlarla İş Üzrə Dövlət
Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənovun, rayonda
fəaliyyət göstərən dindarların iştirakı ilə Məhərrəm
ayının başlanması ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək
iştirakçıları salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Rayon rəhbəri Vətən torpaqlarının azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə
Allahdan rəhmət diləyib, sağlamlığını itirən qazilərimizə tez bir zamanda
sağlamlıqlarına qovuşmalarını arzu edib.
İcra
başçısı qeyd edib ki, Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin yayıldığı,
sülh və əmin-amanlıq şəraitində yaşadığı məkan olmuşdur. Burada yaşayan
ayrı-ayrı dinlərin mənsubları tarixin heç bir dönəmində ayrı-seçkiliyə məruz
qalmamışlar. Bu gün ölkəmiz bir çox sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində
də nümunəvi təcrübəyə malikdir. Hazırda Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən
hesab olunur.
Rayon
rəhbəri Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə
olduğu kimi, dövlət-din münasibətlərində də yeni mərhələnin başladığını, din
sahəsinə xüsusi qayğı göstərildiyini, yeni ibadət ocaqlarının inşa olunduğunu
qeyd edib. Ümummilli Liderin davamlı olaraq dini ibadət ocaqlarını ziyarət
etdiyini, din xadimləri və dini icma rəhbərləri ilə görüşdüyünü vurğulayıb.
İcra başçısı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin
bu gün onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, böyük
uzaqgörənliklə və uğurla davam etdirildiyini, ölkədə yaşayan müxtəlif din və məzhəblərin
nümayəndələrinə xüsusi diqqət göstərildiyini söyləyib. Dövlət başçısının
bilavasitə diqqət və qayğısı ilə ölkədə yüzlərlə məscidin, sinaqoqun inşa
edildiyini, əsaslı bərpa olunduğunu, müqəddəs ziyarətgahların yenidən
qurulduğunu, yeni dini təhsil ocaqlarının yaradıldığını diqqətə çatdırıb.
İcra
başçısı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban
Əliyevanın da Ümummilli Liderin dövlət-din siyasətini uğurla davam etdirdiyini
qeyd edib. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qısa vaxtda
məscidlərin, ziyarətgahların, xristian və yəhudi məbədlərinin tikintisi və bərpasında,
Azərbaycan həqiqətlərinin, o cümlədən, ölkəmizdəki dini və milli dözümlülük ənənələrinin
beynəlxalq aləmdə tanıdılmasında böyük uğurlara imza atdığını bildirib.
Rayon
rəhbəri Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən
də söz açıb. Qeyd edib ki, şanlı Azərbaycan
Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə
yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. İşğalçılar
bu illər ərzində yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar
qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq
maddi-mədəni, dini abidələrimizi vəhşicəsinə dağıdıblar.
İcra başçısı 44 günlük müharibə zamanı din xadimlərinin
də daim ön cərgədə durduqlarını, şəhidlərimizin pak nəşlərini uğrunda şəhid
olduqları Vətən torpağına təslim edərkən müqəddəs kitabın "Vətəni sevmək
imandandır” prinsipini rəhbər tutaraq döyüş ruhunu, imanı, qorxmazlığı təbliğ
etdiklərini qeyd edib. İcra başçısı Qazaxda da din xadimlərinin şəhidlərin dəfn,
yas mərasimlərində yüksək səviyyədə iştirak etdiklərini və şəhid ailələrinin dərdinə
şərik olduqlarını söyləyib, onlara təşəkkürünü bildirib.
İcra
başçısı daha sonra Azərbaycanda pandemiyaya qarşı görülən işlərdən danışıb.
Bildirib ki, ölkəmizdə koronavirus pandemiyası ilə
mübarizə çərçivəsində görülən tədbirlərdən biri insanların kütləvi şəkildə
toplanmasının qarşısının alınmasıdır. Prezident İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti sayəsində
vətəndaşlarımızın sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görülür.
Rayon rəhbəri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ
Qərargahın Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi
dövründə Məhərrəm ayında, o cümlədən "Aşura” günündə məscid və ziyarətgahlarda,
eləcə də ayrı-ayrı yerlərdə kütləvi tədbirlərin keçirilməsinin, toplaşmağın
yolverilməz olduğunu bildirib. Operativ Qərargahın
müəyyənləşdirdiyi qaydalara ciddi şəkildə riayət etməyin hər birimizin borcu
olduğunu diqqətə çatdırıb. Ölkəmizdə pandemiya ilə mebarizə sahəsində görülmüş
işlərə hər bir vətəndaşın öz töhfəsini verməsini qeyd edərək qarşıya qoyulan
tələb və tövsiyələrə əməl etməli olduğumuzu bir daha vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, Qazax
Cümə Məscidi dini icmasının sədri İlham Süleymanov və
başqaları çıxış edərək rayonda dini durumun tam sabit olduğunu, bu sahədə heç
bir problemin olmadığını, dindarların ölkə Prezidenti İlham Əliyevin ətrafında
sıx birləşdiklərini, ölkəmizin əmin-amanlığı, dünyanı bürüyən COVID-19
bəlasının tez bir zamanda yox olması üçün daim dualar etdiklərini qeyd edib.
Rayonda məscidlərə və dindarlara göstərilən diqqət və qayğıya, hər cür köməyə
görə ölkə başçısına və rayon rəhbərinə dindarlar adından bir daha
minnətdarlığını bildirib. İ.Süleymanov dindarların
ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasının
yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirləri
dəstəklədiklərini bildirib. Qeyd edib ki, son günlər ölkə
üzrə xüsusi karantin rejimində edilən bəzi yumşalma halları bizi
arxayınlaşdırmamalıdır. Bunun üçün Məhərrəm ayında da xüsusi karantin rejimi
qaydalarına ciddi şəkildə əməl etməyin vacibliyini bir daha vurğulayıb. Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyin hər bir vətəndaşın borcu
olduğunu qeyd edib. Üzərilərinə düşən işin öhdəsindən layiqincə gəlməyə
çalışacaqlarını, xüsusi karantin rejimi qaydalarının tələblərini yerinə
yetirəcəklərini söyləyib.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha dindarlara və səlahiyyətli nümayəndələrə dini ibadət yerlərində
müəyyən olunmuş qaydalara ciddi riayət edilməsi ilə bağlı müvafiq tapşırıq və
tövsiyələrini verib.
GOYEZEN.AZ
Geri qayıt
|