Cənab Prezident, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun ötən
ilin 27 sentyabrında Qarabağda başladığı 44 günlük Vətən müharibəsi Azərbaycanın
böyük tarixi Zəfəri, Qələbəsi ilə başa çatdı. Qarabağ adlı haqq savaşına çıxdıq
və bu yolda haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin
yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa
olundu. Şanlı
Azərbaycan Ordusunun gücünü, qüdrətini görən Ermənistan məğlubiyyət sənədinə
imza atmağa məcbur qaldı. Düşmənin ağır məğlubiyyəti rayon və şəhərlərimizin
azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.
Bu gün hər birimiz fəxarətlə söylədiyimiz,
qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, Vətən
yolunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, əsgər
və zabitlərimizə, hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük
haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş
edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları
qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə
yazdıran igid Vətən oğullarına, şəhidlərimizə, qazilərimizə, onların ailələrinə
daim qayğı göstərmək hər birimizin borcu olmalıdır.
Bu gün Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsində böyük məsləhətçi
Məhəmməd Xəlilli və Milli Məclisin
deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva müqəddəs Qurban bayramı münasibətilə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət
ediblər.
Qazax
şəhərində, Xanlıqlar, Cəfərli, Çaylı, Qarapapaq və Ağköynək kəndlərində olub, bayram sovqatı təqdim
edərək şəhidlərimizin ailələrinə baş çəkiblər.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və Milli Məclisin deputatı Ülviyyə Ağayevanın səmimi təbriklərini, ürək sözlərini çatdırıblar. Şəhidlərimizin əziz xatirəsini
dərin ehtiramla yad ediblər. Ölkə Prezidenti İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə
göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildiriblər.
Bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd ediblər.
Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər
zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyiblər.
Şəhid ailələri onlara göstərilən diqqətə, qayğıya,
səmimi münasibətə görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırıblar. Dövlətin, rayon rəhbərliyinin
və millət vəkilinin qayğısını hər zaman hiss etdiklərini vurğulayıblar. Bugünkü
ziyarəti də dövlətin və ölkə rəhbərinin növbəti qayğısı kimi qiymətləndiriblər.
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun
ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın
azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd
sakini, şəhid əsgər Qurbanov Elçin Məcid oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə”, "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd
sakini, şəhid çavuş İsgəndərov Pərvin
Pərviz oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə
görə”, "Füzulinin azad
olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun
ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına
görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif
olunmuş, Xanlıqlar kənd sakini, şəhid gizir
Məmmədov Amid Müqabil oğlunun ailəsi
Ölümündən sonra "Vətən
uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Şuşanın azad
olunmasına görə”, "Füzulinin azad
olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlunun
ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad
olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Cəfərli kənd
sakini, şəhid leytenant Nəsibov Nicat Qəşəm oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Hərbi xidmətlərə
görə”, "Füzulinin
azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad
olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd
sakini, şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” medalları, "Azərbaycan Bayrağı” ordeni, "Kəlbəcərin
azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad
olunmasına görə” medalları ilə
təltif olunmuş, Çaylı kənd sakini, şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”,
"Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Hərbi
xidmətlərə görə”, "Cəbrayılın
azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər
Qocayev Niftalı Zakir oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala
Çaylı kənd sakini, şəhid əsgər Məmmədov Əvəz Elnur oğlunun ailəsi
Ölümündən
sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Hərbi xidmətlərə
görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə
təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid gizir
Məmmədov Səbuhi Hümbət oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına
görə” medalları ilə təltif olunmuş, Aşağı Əskipara kənd sakini, şəhid (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun
ailəsi
Ölümündən sonra "Vətən
uğrunda” medalı, 3-cü dərəcəli "Rəşadət” ordeni,
"Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş, Aşağı
Əskipara kənd sakini, şəhid kapitan
İsmayılov İmamverdi Yoloğlu oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları
ilə təltif olunmuş, Qarapapaq kənd sakini, şəhid baş leytenant Nəsibov Xaliddin
Vaqif oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ağköynək kənd sakini, şəhid
çavuş Nəsibov Elməddin Yusif oğlunun ailəsi
Ağköynək kəndinin
şəhid övladı kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlunun ailəsi
GOYEZEN.AZ
Geri qayıt
|