Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda taxıl sahələrinin monitorinqi keçirilir

Qazaxda taxıl sahələrinin monitorinqi keçirilir


5-06-2017, 22:02
Qazaxda taxıl sahələrinin monitorinqi keçirilir
Azərbaycan Respublikası Prezidentinin 27 mart 2017-ci il tarixli 2768 nörməli Sərəncamına uyğun olaraq respublikanın bütün rayonlarında olduğu kimi Qazax rayonu ərazisində də əkilmiş taxıl sahələrinin monitorinqi keçirilir. Məqsəd rayon ərazisində əkilmiş taxıl sahələrinin dəqiq uçotunun aparılması, arpa və buğda sahələrinin qeydiyyatının dəqiqləşdirilməsidir.

Artıq bir neçə gündür ki, taxıl əkini sahələrinin monitorinqi ilə bağlı yaradılmış müşahidə qrupu rayonun kəndlərində baxış keçirir.

Bu günə kimi rayonun II Şıxlı, I Şıxlı, Kəmərli, Yuxarı SalahlıÇaylı kəndlərində bu mühüm dövlət əhəmiyyətli tədbir həyata keçirilib, arpa və buğda əkilmiş sahələr tam dəqiqləşdirilib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bu gün monitorinq aparılan Qaymaqlı kəndində olub, monitorinqin gedişi ilə maraqlanıb. Rayon rəhbərliyinə görülmüş işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, taxıl sahələrinin monitorinqi tam qanunauyğun şəkildə aparılır, arpa və buğda əkilmiş sahələrin ölçüləri dəqiqləşdirilir.

Monitorinqin gedişatı ilə yerindəcə tanış olan R.Babaşov Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumların yerli bölmələrinin əməkdaşları tərəfindən monitorinqin yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq, monitorinq prosesinin tez bir zamanda, yüksək dəqiqliklə başa çatdırılması məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən bütün şəraitin yaradılacağını bildirib.

Qazaxda taxıl sahələrinin monitorinqi keçirilir
Qazaxda taxıl sahələrinin monitorinqi keçirilir
Qazaxda taxıl sahələrinin monitorinqi keçirilir
Qazaxda taxıl sahələrinin monitorinqi keçirilir
Qazaxda taxıl sahələrinin monitorinqi keçirilir
Qazaxda taxıl sahələrinin monitorinqi keçirilir
GOYEZEN.AZ

Geri qayıt