Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda icra başçısı suvarma sahəsində çalışan bir qrup işçini peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib

Qazaxda icra başçısı suvarma sahəsində çalışan bir qrup işçini peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib


4-06-2021, 14:29

5 İyun – "Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunur. Azərbaycanda meliorasiya təsərrüfatının əsaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsində su təsərrüfatı işçilərinin böyük əməyi var. Prezident İlham Əliyevin 2014-cü il mayın 14-də imzaladığı Sərəncamla iyunun 5-i "Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi su təsərrüfatı işçilərinin əməyinə verilən qiymətdir.


İyunun 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Suvarma Sistemləri İdarəsinin kollektivini əlamətdar gün münasibətilə təbrik etmək üçün həmin müəssisədə olub. İcra başçısı idarənin kollektivini 5 İyun – "Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə təbrik edib, səmimi və xoş arzularını çatdırıb. Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən məqsədyönlü siyasət sahəsində bu gün bütün xidmət sahələrində olduğu kimi, əhalinin içməli və suvarma suyu ilə təminat sahəsində də bir çox uğurların əldə edildiyini deyib. Bildirib ki, əhalinin keyfiyyətli və fasiləsiz içməli və suvarma suyu ilə təmin edilməsi üçün paytaxtla yanaşı, bölgələrdə də əhaliyə yüksək səviyyədə xidmətlərin göstərilməsi məqsədilə müasir tələblərə cavab verən su-kanal idarələrinin inzibati binalarının tikintisi, içməli su ilə təchizat və kanalizasiya sisteminin yenidən qurulması bunu deməyə əsas verir. Qazax şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsinin uğurla icra olunması bu dediklərimizin əyani sübutudur.

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində ölkəmizdə mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən icra başçısı Qazax rayonunda da bu sahədə işlərin görüldüyünü bildirib. Rayon rəhbəri qeyd edib ki, təkcə son illər Qazax rayonunda dövlət başçısının müvafiq Sərəncamları ilə 2016-cı ildə 5, 2017-ci ildə 11, 2018-ci ildə 11, 2019-cu ildə 11, 2020-ci ildə 14 ədəd yeni subartezian quyusunun qazılaraq sakinlərin istifadəsinə verilməsi bu sahədə görülən işlərin əyani sübutudur. Bu gün ölkə rəhbərinin diqqət və qayğısı sayəsində imzaladığı müvafiq Sərəncamlarla rayon ərazisində  qazılmış 191 ədəd suabartezian quyusu kənd sakinlərinin ixtiyarındadır ki, bu da onların əkin sahələrinin suvarılmasında böyük əhəmiyyət daşıyır.

 

Rayon rəhbəri qeyd edib ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər rayonda mövcud olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi bu istiqamətdə görülən məqsədyönlü işlərdir və bu da öz bəhrəsini verir. Bu məqsədlə 2017-ci ildə 274,78 km məsafədə arx və kanallarda təmizlənmə işi aparılmışdır. Bunun da 153,99 km-i texnika vasitəsilə, 120,79 km-i isə əl əməyi ilə həyata keçirilmişdir. 2018-ci ildə 302,44 km məsafədə arx və kanallarda təmizlik işləri görülmüşdür. 151,43 km-i texnika vasitəsilə, 151,01 km-i isə əl əməyi ilə aparılmışdır. 2019-cu ildə 303,23 km məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilmişdir. 153,49 km-i texnika vasitəsilə, 149,74 km-i əl əməyi ilə görülmüşdür. 2020-ci ildə 331,49 km məsafədə arx və kanallarda təmizlik işləri həyata keçirilmişdir ki, bunun da 124,67 km-i texnika vasitəsilə, 206,82 km-i əl əməyi işlənmişdir. 2021-ci ildə 294,53 km məsafədə suvarma arxlarında təmizlik işləri aparılmışdır ki, bunun 105,92 km-i texnika vasitəsilə, 189,51 km-i əl əməyi ilə yerinə yetirilib.

Ümumiyyətlə, son 5 ildə rayonda 1317,86 km məsafədə təmizlik işi aparılmışdır ki, bunun da 689,50 km-i texnika vasitəsilə, 628,36 km-i isə əl əməyi ilə təmizlənmişdir.

Rayon rəhbəri həyata keçirilən bütün bu işlərdə Suvarma Sistemləri İdarəsinin əməkdaşlarının böyük əməyi və zəhməti olduğunu bildirib.

 

Sonra 5 İyun – "Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə və əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Suvarma Sistemləri İdarəsinin rəisi Vəkilov Məhəd Moşu oğlu, idarədə baş hidrotexnik  Nəbiyev Məqsəd Cəlal oğlu və tikinti mühəndisi İsmayılov Qəzənfər Abdulla oğlu Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. İcra başçısı Fəxri Fərmanları təqdim edərək bir daha səmimi qəlbdən təbrik edib, bundan sonrakı işlərində uğurlar arzulayıb.

Daha sonra Kənd-Qida-İş Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Fərhad Qocamanov tərəfindən idarənin bir qrup əməkdaşına Fəxri Fərman və mükafat təqdim edilib.

Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov çıxış edərək Respublika Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı bu sahədə çalışan insanların əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova onlara göstərdiyi qayğıya və etimada görə öz dərin minnətdarlığını bildirib. Kollektiv olaraq bundan sonra da rayonun suvarma suyu ilə təmin olunması, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində daha böyük səylə çalışacaqlarını qeyd edib.








GOYEZEN.AZ


Geri qayıt