Əsas Səhifə > Manşet / Rəsmi > “Qazax inkişaf etdikcə biz qürurlanırıq”

“Qazax inkişaf etdikcə biz qürurlanırıq”

3-06-2017, 19:21

Deputat Ülviyyə Ağayevanın Qazaxda seçicilərlə görüşündə bu fikir səslənib

“Qazax inkişaf etdikcə biz qürurlanırıq”
Milli Məclisin deputatı Ülviyyə Ağayeva bu gün Qazax rayonunda seçicilərlə görüşüb. Görüşə məcburi köçkünlərin məskunlaşdığı “Göy bina” adlanan yaşayış massivindən başlayıb. Burada yaşayan məcburi köçkünlərin yaşayış şəraiti ilə yaxından tanış olub, onları dinləyib.
“Qazax inkişaf etdikcə biz qürurlanırıq”
“Qazax inkişaf etdikcə biz qürurlanırıq”
“Qazax inkişaf etdikcə biz qürurlanırıq”
“Qazax inkişaf etdikcə biz qürurlanırıq”
“Qazax inkişaf etdikcə biz qürurlanırıq”
Bağanıs Ayrım kəndindən olan məcburi köçkünlərdən Xanım Poladova, Mədinə Daşdəmirova, Bəhlul Poladov, Müşkünaz Aslanova, Yaşar Əsgərov, Qəndab Hüseynova, Cavanşir Əliyev, Saleh Xasayev, Gülnarə Mansurova görüşdə çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd ediblər ki, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov onlara çox isti münasibət bəsləyir, qaldırdıqları məsələləri yerindəcə həll edərək qayğısını əsirgəmir. Özü tez-tez bizim yanımıza gəlib maraqlandığı üçün biz əvvəlki illərdə olduğu kimi daha qəbula getmirik. Çünki cənab başçı daima bizim yanımızda olur.

Sonra Ülviyyə Ağayeva rayonun ən böyük kəndlərindən olan Çaylı kəndinə gəlib. Burada da görüş çox səmimi və işgüzar şəraitdə keçib.

Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova görüşü giriş sözü ilə açaraq Ülviyyə Ağayevanın gördüyü işlərdən danışıb.
“Qazax inkişaf etdikcə biz qürurlanırıq”
“Qazax inkişaf etdikcə biz qürurlanırıq”
Sonra deputatın özü çıxış edərək seçicilərə öz fəaliyyəti haqqında məlumat verib. Sakinlərdən Göycə Göyüşov, Camoy Qurbanov, Məlahət Abdullayeva, Qəzənfər Qocayev, İbrahim Qapaqov və başqaları söz alaraq son bir ildə Qazax şəhərində, eləcə də yaşadıqları Çaylı kəndində həyata keçirilən tikinti-quruculuq işlərindən söz açıblar.

Qeyd ediblər ki, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun diqqət və qayğısı sayəsində kənddəki 2 saylı tam orta məktəb əsaslı şəkildə təmir olunub, artezian quyuları qazılıb, kəndə asfalt yol çəkilir və bu iş başa çatmaq üzrədir.

Daha sonra Kommuna kəndində görüş keçirilib. Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənovanın giriş sözündən sonra Ülviyyə Ağayeva çıxış edərək gördüyü işlər barədə danışıb.
“Qazax inkişaf etdikcə biz qürurlanırıq”
“Qazax inkişaf etdikcə biz qürurlanırıq”
“Qazax inkişaf etdikcə biz qürurlanırıq”
Seçicilərdən Sirac Nuriyev, Əminə Mirzəliyeva, Hafizə Qurbanova və başqaları çıxış edərək rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərinə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, Qazax inkişaf etdikcə biz qürurlanırıq.

Elçin İSMAYIL

Geri qayıt