Əsas Səhifə > Manşet / Rəsmi > Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Respublika Günü münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Respublika Günü münasibətilə paylaşım edib28-05-2021, 10:45 |
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 28 May – Respublika Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: "Əziz həmvətənlər! Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm. Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!”. ![]() Geri qayıt |