Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Qaymaqlı kəndində vətəndaşların subartezian quyusu ilə bağlı müraciətinə yerində baxıb
İcra başçısı Qaymaqlı kəndində vətəndaşların subartezian quyusu ilə bağlı müraciətinə yerində baxıb19-05-2021, 19:16 |
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, vətəndaşı narahat edən problemlərə həssaslıqla yanaşılması, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə həyata keçirilən işlərin kökündə vətəndaş amili dayanır. Ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman ön planda tutulur. Bu gün tam əminliklə qeyd edə bilərik ki, ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğı Qazax rayonunda da birmənalı şəkildə öz real əksini tapır. Bu, rayon rəhbərinin vətəndaş amilini hər zaman ön planda tutmasında, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşmasında özünü göstərir. |