Son illər Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uşaq və yeniyetmələrlə, gənclərlə bağlı həyata keçirilən işlər,
ölkə başçısının rəhbərliyi ilə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı
dövlət proqramlarının qəbul edilməsi bir daha sübut edir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkə
rəhbərinin uşaqlara olan yüksək diqqət və qayğısını körpə balalar haqqında söylədiyi
fikirlərdən də aydın şəkildə görmək olur. "Uşaqlar cəmiyyətimizin sabahıdır.
Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və
tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi
baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri
şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət
və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan
Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”, -
deyən ölkə başçısı bu siyasətin uğurla davam etdirilməsi üçün var qüvvəsi ilə
çalışır. Əsası Ulu Öndər Heydər
Əliyev tərəfindən qoyulmuş uşaq siyasətinin ölkə başçısı və Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilməsinin
bariz nümunəsi son illər respublikamızın bütün bölgələrində yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan
çoxsaylı Sərəncamlardır.
Ölkə rəhbərinin regionlarda uşaq bağçalarının
tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr ölkəmizin hər yerində olduğu
kimi, Qazaxda da uğurla icra edilir. Rayonda uşaqlara göstərilən diqqət və
qayğının əyani sübutu yeni tikilən uşaq bağçalarının sayının ildən-ilə
artmasıdır. Rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı
şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyəyə
çatdırılması bu sahədə olan inkişafın göstəricisidir.
Təqdirəlayiq hal isə odur ki, Qazaxda rayon rəhbərliyi
tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz olan uşaqlara göstərilən
diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait,
uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu
dediklərimizin bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov İkinci Şıxlı kənd 2 saylı Körpələr Evi-Uşaq bağçasında olub,
körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə
olunmaları, ərzaq təminatının mövcud vəziyyəti ilə maraqlanıb. Həmçinin, bağçada təmizlik və
dezinfeksiya işlərinin aparılması, hər gün işçi heyətin və uşaqların
temperaturunun ölçülməsi, gigiyenik qaydalara ciddi şəkildə riayət olunması və
digər məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Bağça müdiri Lalə Qurbanova xüsusi karantin rejiminin
tələblərinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl etdiklərini
vurğulayıb. Bağça müdiri ölkəmizdə uşaqların sosial müdafiəsinin
gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham
Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv
və valideynlər adından minnətdarlığını bildirib. Rəhbər təyin olunduğu ilk
gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə
sonsuz təşəkkürünü çatdırıb.
GOYEZEN.AZ
Geri qayıt
|