Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşların müraciəti ilə bağlı görüləcək işləri yerində müzakirə edib

İcra başçısı vətəndaşların müraciəti ilə bağlı görüləcək işləri yerində müzakirə edib


17-05-2021, 21:54


Birinci Şıxlı kəndi

Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara göstərdiyi diqqət və qayğı Qazaxda da hər zaman əsas götürülür. Ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, vətəndaşı narahat edən problemlərə həssaslıqla yanaşılması, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da birmənalı şəkildə icra olunur. Bu gün tam əminliklə deyə bilərik ki, ölkə başçısının söylədiyi "Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” kimi dəyərli fikirləri Qazaxda da öz real əksini tapır. Bunu rayon rəhbərinin vətəndaş amilini hər zaman ön planda tutmasından, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşmasından da aydın şəkildə görmək olar.

Ötən yazımızda rayon rəhbərliyinin Birinci Şıxlı kəndində bir qrup vətəndaşın elektrik xəttinin dəyişdirilməsi ilə bağlı müraciətinə yerində baxış keçirməsi barədə məlumat vermişdik. Artıq sakinlərin qaldırdıqları məsələnin həlli istiqamətində lazımi tədbirlər görülür.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Elektrik Şəbəkəsinin rəisi Vasif İmamverdiyev, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin baş mühəndisi Qədir Həsənov və icra aparatının məsul işçiləri ilə birlikdə Birinci Şixlı kəndində olub, sakinlərin müraciəti ilə bağlı görülməsi nəzərdə tutulan işləri yerində müzakirə edib.

Sonra icra başçısı Əliağa Şıxlinski küçəsində yaşayan Yusifov Ramiz Mühüd oğlunun müraciətinə yerində baxış keçirib. Vətəndaşın istəyini diqqətlə dinləyən icra başçısı hər zaman olduğu kimi, bu gün də edilən müraciətə həssaslıqla yanaşılacağını bildirib. Qaldırılan məsələnin həlli ilə əlaqədar aidiyyəti şəxslərə tapşırıq verib.

Vətəndaşlar onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Müraciətlərinə operativ şəkildə baxılmasına görə razılıqlarını ifadə ediblər.


 

 Əliağa Şıxlinski küçəsi


 

GOYEZEN.AZ


Geri qayıt