Əsas Səhifə > Manşet / Rəsmi > Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib


9-05-2021, 10:30


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz veteranlar!

Sizə ən xoş arzularımı və faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən-nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə - sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!”.



Geri qayıt