Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı 5 kənddə vətəndaşların su təminatının yaxşılaşdırılması üçün görüləcək işlərə başlanılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıq verib

İcra başçısı 5 kənddə vətəndaşların su təminatının yaxşılaşdırılması üçün görüləcək işlərə başlanılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıq verib


26-04-2021, 20:47


Bu gün tam əminliklə söyləyə bilərik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğı dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər ölkə rəhbərinin vətəndaşlarla bağlı apardığı uğurlu dövlət siyasətinin və görülən işlərin təməlində də məhz vətəndaş məmnunluğu dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan çoxsaylı layihələr bir daha onu sübut edir ki, dövlət hər zaman öz vətəndaşının yanındadır. Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına yönəlib.
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. 

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun Daş Salahlı, Çaylı, Bala Çaylı, Dəmirçilər, Ürkməzli kəndlərində yaşayan sakinlərin içməli su təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işləri icra aparatının məsul işçiləri, Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovla, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovla və kənd sakinləri ilə birlikdə müzakirə etməsi vətəndaşlara olan qayğının daha bir bariz nümunəsidir. Adı çəkilən kəndlərdə su probleminin köklü şəkildə öz müsbət həllini tapması üçün görüləcək işlərin müzakirə edilməsi, işlərə başlanılması istiqamətində aidiyyəti şəxslərə tapşırıq verilməsi bir daha onu göstərir ki, rayon rəhbərliyi vətəndaşların qaldırdığı hər bir məsələyə həssaslıqla yanaşır.
Qeyd etdiyimiz kəndlərdə su təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işləri kənd sakinləri də razılıq hissi ilə qarşılayırlar. Sakinlər onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, qaldırdıqları məsələlərin həlli istiqamətində görülmüş işlərə görə rayon rəhbərliyinə razılıqlarını ifadə edirlər.





 

GOYEZEN.AZ


Geri qayıt