Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, xüsusilə kadr islahatları cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır”

“Cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, xüsusilə kadr islahatları cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır”


7-04-2021, 14:16


Rafiq Hətəmovdan, 

Hörmətli cənab Prezident.

Respublikamızın daha da inkişafı, xalqımızın firavanlığı naminə yorulmadan çalışdığınıza görə Qazax Rayon Əlillər Cəmiyyətinin üzvləri adından Sizə minnətdarlığımızı bildiririk. Biz hər zaman ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləmişik. Hazırda onun layiqli davamçısı kimi Sizin də uzaqgörən və müdrik siyasətinizi dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik.

Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, xüsusilə kadr islahatları cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır.

Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirik.

Hörmətlə,

Hətəmov Rafiq Akif oğlu, Qazax Rayon Əlillər Cəmiyyətinin sədri.

Azərbaycan Respublikası, Qazax rayonu. 

7 aprel 2021-ci il


Geri qayıt