Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş məktubundan:

Vətəndaş məktubundan:


15-03-2021, 18:51


Təliqə Fərruxovadan, 

Hörmətli cənab Prezident!

Sizə Kəmərli kəndinin anaları adından yazaraq sevgi, hörmət hissimi bildirirəm. Sizin rəhbərliyinizlə 44 gün ərzində xalqımızın 30 illik həsrətinə son qoyulması Müzəffər Ali Baş Komandanımıza, müdrik rəhbərimizə inamımızı daha da artırdı.

Uzaqgörən siyasətinizi dəstəkləyir, xarici jurnalistlərə bir neçə dildə səlis müsahibələr verməyinizlə, dünya tarixini, müasir siyasəti, iqtisadiyyatı dərindən bildiyinizi sübut edən çıxışlarınızla qürur duyuruq. Allah Sizi qorusun!

Siz bizim ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin yolunu davam etdirməklə Azərbaycan xalqının vətənpərvər, qəhrəman oğlu oldunuz. Müharibənin başa çatmasını elan edərkən sevincimizin həddi-hüdudu yox idi. Kəndimiz Ermənistanla sərhəddə yerləşir. Sizin möhkəm iradəniz, "dəmir yumruğunuz” bizim kəndimizə də əmin-amanlıq, güvənlik gətirib.

Qazaxda son illər görülən abadlıq işləri də ürəyimizcədir. Şəhərimizdə hər yan səliqəyə salınır, kənd yolları, məktəblər təmir olunur, yeni artezian quyuları qazılır, qaz boruları yenilənir. Bunlarla yanaşı, şəhid ailələrinə yüksək səviyyədə qayğı göstərilir.

Biz Sizinlə fəxr edirik, cənab Prezident!

Hörmətlə,

Fərruxova Təliqə Mustafa qızı

Azərbaycan Respublikası, Qazax rayonu, Kəmərli kəndi.

15 mart 2021-ci il


Geri qayıt