Əsas Səhifə > Manşet / Rəsmi > BİR İLİN SALNAMƏSİ

BİR İLİN SALNAMƏSİ


19-05-2017, 10:57
BİR İLİN SALNAMƏSİ
İnsan həyatında ən əhəmiyyətli duyğulardan biri inamdır. Heç kimə sirr deyil ki, insan insana etibar etməsə, həyatda inamla yaşamasa heç bir uğur qazana bilməz. Danılmaz faktdır ki, neçə illərdir qazaxlılar ümidsizlik, inamsızlıq içində yaşamışdır. Sanki dərin bataqlığa düşərək buradan nə vaxtsa çıxa biləcəklərinə inamı itirmişdilər. Çünki hər gün döyülən qapıdan hər dəfə naümid qayıtmış, boş vədlər, sözlər eşitmişdilər.

Deyirlər ümid sonda ölür. Ümidi öldürmək insanı öldürməkdən çətindir. Bu, həyatın sonu deməkdir. Lakin ümidsiz də yaşamaq olmaz. Nəyinsə olmayacağını bildiyin halda yenə də qəlbinin dərinliyində ümid işığı olur.

Qazaxlıların qəlbində bu ümid işığı Rəcəb Babaşovun Qazax rayon İcra Hakimiyyətinin Başçısı təyin olunan gündən yandı, bütün qaranlıqlar işıqlandı. O, ötən 1 il ərzində Qazaxın küçələrini, kəndlərini qarış-qarış gəzərək harda nə problem, çatışmazlıq varsa onları üzə çıxartdı, önə çəkdi. Yerindəcə məqsədyönlü qərarlar çıxararaq aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verdi. Qısa zaman kəsiyində şəhər elə bir səliqə-sahmana salındı ki, insan bu gözəlliklərə baxdıqca heyran qaldı. Şəhərin girişindən çıxışına kimi hər tərəf tərtəmiz oldu.

İnsanı zamanın məhsulu sayırlar. Əslində isə zamanı insan yaradır. Zaman insanın məhsuludur. Ən pis zamanda belə yaxşı, bacarıqlı, səriştəli insan zamanı dəyişir. Rəcəb Babaşov Qazaxın zamanını dəyişdi. Artıq pis zamanlar arxada qaldı və biz yaxşı zamana doğru iri və iti addımlarla irəliləyirik. May günəşi doğdu rayon sakinlərinin üzünə. Bağlı qapılar açıldı, insanlar öz problemlərini, dərdlərini deməyə başladılar. Ürəklərin dərdi əridi, üzlərdəki gərginlik yoxa çıxdı, əsəblər bir daha gərilmədi. Bir sözlə, həyat yeni bir axara düşdü - yenilik, quruculuq və yaradıcılıq adlı bir axara. Hər bir rayon sakinində tikib-yaratmaq həvəsi yaratdı.

Bir zaman rayon rəhbərliyinin qəbuluna düşmək, söz demək üçün aylarla ayaq döyürdülər icra hakimiyyətinə. Açılmayan bir qıfıla dönmüşdü bu ali dövlət idarəsi. Ya növbə çatmırdı, ya da növbə çatanda qəbul zamanı bitirdi. Min bir əziyyət bahasına qəbula düşəndə isə boş bir vəd verib yola salırdılar rayon sakinlərini rayonun baş bilənləri. Beləcə problem problem kimi qalırdı.

May ayının 19-dan isə hər şey dəyişdi. Daha qazaxlılar zamanı gözləmir, zaman onları gözləyir. Gün ərzində səhərdən gecəyə qədər fasiləsiz olaraq vətəndaşlar rahat şəkildə qəbul edilir. Hər kəsin ayrı-ayrılıqda problemləri dinlənilir, həlli istiqamətində aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verilir. Elə bu səbəbdən də gün ərzində insanlar rayon İcra Hakimiyyətinə, Rəcəb Babaşovla görüşə tələsir. İcra başçısı vətəndaşları tək qəbul günlərində deyil, başqa günlərdə, hətta şənbə və bazar günləri də qəbul edir.

Şəhər sakinləri ilə yanaşı Rəcəb Babaşov kənd sakinlərinin də problemlərini öyrənir. Kəndlərin birində olan görüşdə dediyi kimi: “Harda problem varsa, mən ordayam”. Daha kənd sakinlərinin onunla görüşmək üçün şəhərə gəlməsinə ehtiyac yoxdur. Çünki cənab başçı özü onlarla görüşə gedir. O, hər gün bir deyil, bir neçə kənddə olaraq camaatla görüşlər keçirir. Ağsaqqalından tutmuş azyaşlısına qədər hər kəsin yaşayış şəraiti ilə maraqlanır. Diqqət və qayğı göstərir. Elə bir mehribanlıqla, mərhəmətlə insanlara yanaşır ki, sanki onların ailə üzvlərindən biridir. Sanki bu torpaqda doğulub, buranın suyunu içib, havasını alıb. Sanki uzaq bir səfərə gedib sonra öz doğma vətəninə, elinə - Qazaxa dönüb.

Rəcəb Babaşov ilk görüşə birbaşa sərhəd kəndlərindən başladı. Düşmənlə üz-üzə dayanan Məzəm kəndində düşmənin atəş nöqtələrinə yaxın məsafədə yerləşən evlərin qarşısında hündür hasarlar çəkdirərək düşmənə sipər yaratdı. Hal-hazırda kənd sakinləri öz həyətlərində rahatlıqla məişət işləri ilə məşğul olurlar.

Deyirlər insan şəraitdən asılıdır. Əslində isə şəraiti insan yaradır. Rəcəb Babaşov insanlara işləmək, fəaliyyət göstərmək, qurub-yaratmaq üçün şərait yaradır. Bu da rayon sakinlərinə necə deyərlər qol-qanad verir. İnsanları daha həvəslə, daha böyük ruh yüksəkliyi ilə çalışmağa sövq edir. Bu gün Qazaxda elə bir sağlam mühit yaranıb ki, insanlar bu mühitdə sözün əsl mənasında qurub, tikib, yaradırlar. Hələ bu harasıdır. Rəcəb Babaşovun gəlişi ilə qazaxlılar necə deyərlər, torpağa qayıtdı. Tarixində heç zaman olmayan bir şəkildə torpaqlar əkildi, yeni təsərrüfat sahələri yaradıldı. Sahibkarlara dəstək oldu İcra Başçısı. Onlara qurub-yaratmaq üçün hər cür şərait yaratdı.

Rəcəb Babaşovun fəaliyyətinin ən vacib amillərindən biri də rayonda neqativ hallara qarşı barışmaz mübarizə aparmasıdır. Bunun nəticəsidir ki, bu gün Qazaxda sözün əsl mənasında şəffaflıq təmin edilib, bütün mənfi hallar birmənalı şəkildə aradan qaldırılıb. Odur ki, indi Qazaxda işləmək də, yaşamaq da gözəldir.

Bu bir il ərzində elə bir Qarabağ müharibəsi əlili, iştirakçısı, elə bir şəhid ailəsi, elə bir imkansız, kimsəsiz ailə, adam olmaz ki, Rəcəb Babaşov şəxsən onunla maraqlanmasın. İcra Başçısı bu ailələrin qonağı oldu, onlarla görüşərək arxa, dayaq durdu. “Şəhid ailəsi mənim öz ailəmdir” - dedi.

Rəcəb Babaşovun ötən bir il ərzində gördüyü işləri sadalamaqla qurtaran deyil. Bu yazıda verilən şəkillərə baxmaq kifayətdir ki, onun gördüyü işləri təsəvvür edə biləsən. Hətta cənab Başçı bizləri də unutmayaraq “Göyəzən” qəzetinin rəngli çıxmasına nail oldu. Bununla kifayətlənməyərək “GOYEZEN.AZ” saytını da yaratdı.

Prezident İlham Əiliyev 19 oktyabr 2016-cı ildə Qazax rayonuna səfər edərək bir neçə obyektin açılış mərasimlərində iştirak etdi. Cənab Prezident qısa müddət ərzində rayonda görülən işlərə yüksək qiymət verdi.

İnam! İnsanı yaşadan, ona qol-qanad verən, qaranlıq gecələrdən işıqlı sabahlara çıxaran bir qüvvə. İnam! Hər bir çətinliyin öhdəsindən gəlməyə sövq edən, insanı insan kimi sınmağa qoymayan, içində bir ümid çırağı yandıran ilahi bir varlıq. Qoy bu gün rayonumuza Rəcəb Babaşovun gətirdiyi inam daimi, əbədi olsun. Qoy ömrümüzə, həyatımıza hər zaman şəfəq saçsın - başımız üstündə parlayan günəş kimi.

Qarşıda qazaxlıları daha böyük tikinti-quruculuq işləri, daha genişmiqyaslı layihələr gözləyir. İnanıram ki, qarşıya qoyulan bütün məsələlər öz müsbət həllini tapacaq, Rəcəb Babaşovun rəhbərliyi altında uğurla həyata keçəcəkdir.

ELÇİN İSMAYIL

BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
BİR İLİN SALNAMƏSİ
Geri qayıt