Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı sərhəd kəndi Məzəmdə sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olub

İcra başçısı sərhəd kəndi Məzəmdə sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olub


2-03-2021, 17:14


Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yüksək səviyyədə hiss olunur. Ölkə rəhbərinin vətəndaşlarla bağlı apardığı uğurlu dövlət siyasətinin və görülən işlərin təməlində vətəndaş məmnunluğu dayanır ki, rayonda bu amil hər zaman əsas götürülür.

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra edilir.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr, verilən tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. Bu, bir daha onu təsdiq edir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən sərhəddə yerləşən kəndlərimizi və orada yaşayan sakinləri daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin sərhəddə yaşayan sakinlərə hər zaman qayğı ilə yanaşması görülən bütün işlərdə real əksini tapır. 


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul işçiləri  Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovla birlikdə rayonun Məzəm kəndində yaşayan sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə yerində tanış olması vətəndaşlara göstərilən qayğının daha bir bariz nümunəsidir.

Görülmüş işlərlə maraqlanan rayon rəhbərliyinə məlumat verilib ki, sakinlərin su təminatını yaxşılaşdırmaq məqsədilə 1500 metr uzunluğunda su xətti çəkilərək 4 ədəd su çəni qoyulacaq ki, sakinlər həmin sudan istifadə edə biləcəklər. Artıq su xəttinin çəkilişi üçün qazıntı işlərinə başlanılıb.

Sakinlərdən Süleyman Süleymanov, Sabir Məmmədov, Bəhruz Süleymanov və başqaları kənddə su təminatının yaxşılaşdırılması istiqamətində görülən işləri razılıq hissi ilə qarşılayıblar. Kənddə su probleminin köklü şəkildə müsbət həllini tapması üçün görülən işi yüksək qiymətləndiriblər. Sakinlər onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, qaldırdıqları məsələlərin həlli istiqamətində görülmüş işlərə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.



 

GOYEZEN.AZ


Geri qayıt