Hər kəsə yaxşı məlumdur ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Qazaxda şəhərin içməli
su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən reallaşan layihə uğurla icra olunur. Ən əsası da
çəkilişlər yekunlaşan kimi həmin ərazilər abadlaşdırılır, işlərin başa
çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür
düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri
aparılır, yaşıllıqlar salınır. Şəhərdə prospekt və küçələrlə yanaşı,
çoxmənzilli yaşayış binalarının həyətlərində də abadlıq işləri aparılaraq "Abad
məhəllə” kimi sakinlərin istifadəsinə verilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi başa
çatan və yeni asfalt örtüyü vurulan Azadlıq küçəsində
yerləşən 31A saylı çoxmənzilli yaşayış binasının həyətində görülmüş işlərin
mövcud vəziyyəti ilə maraqlanıb.
Məlumat üçün onu da qeyd edək ki, ötən il
şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin
çəkilişləri yekunlaşan hissələrə, eləcə də çəkiliş başa çatmış Molla Pənah
Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin
Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü
vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A
saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27
saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli
yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad
məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Ölkəmizi əhatə edən abadlıq işlərinin Qazaxda da
geniş miqyas alması, son illər rayonda yeni asfalt yolların
çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə
çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının,
körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən
qurulması sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Sakinlər
bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını
bildirirlər.
Su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və abadlıq işləri aparılan Heydər Əliyev prospekti
GOYEZEN.AZ
Geri qayıt
|