Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu yola saldığımız 2020-ci ilin 27
sentyabrından başlayan İkinci Qarabağ müharibəsində əsl qəhrəmanlıq nümunəsi
göstərərək 44 gün ərzində erməni hərbi birləşmələrini işğal etdikləri
torpaqlardan qovub çıxardı. Təxminən 30 il işğal altında olan
torpaqlarımızı cəmi 44 gün ərzində düşməndən azad etdi və soydaşlarımızın yurd
həsrətinə son qoyuldu. Torpaqlarımızın ərazi bütövlüyünün bərpası
uğrunda aparılan Vətən müharibəsində respublikamızın hər yerindən olduğu kimi,
Qazax rayonu da şəhid verdi. Qazaxın igid, mərd, cəsur oğulları "Qarabağ Azərbaycandır!”
deyərək başladığımız haqq savaşında, tarixi ədalətin bərpa olunmasında son
damla qanlarına kimi vuruşaraq torpaq uğrunda canlarından keçdilər. Ən uca məqama
– Şəhidlik zirvəsinə yüksəldilər.
Bu
gün Azərbaycan Respublikası Milli Məclisinin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət
vəkili Səməd Seyidov Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə İkinci Qarabağ
müharibəsinin qazaxlı şəhidlərinin ailələrini ziyarət ediblər.
Vətən
müharibəsinin şəhidləri gizir Abdullayev
Sərxan Elxan oğlunun, gizir
Orucov Elvin Rövşən oğlunun, əsgər Hüseynov İlqar Yaşar oğlunun, tibb xidməti leytenantı Əfəndiyev
Adil Qədir oğlunun, kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun, əsgər Məmmədov Tural Elxan oğlunun, gizir
İsmayılov Tahir Niyazi oğlunun, əsgər Qasımov Oruc Afiq oğlunun, çavuş
Veyisli Xaliddin Zərgər oğlunun, gizir Məmmədov Turan Nadir oğlunun, kiçik gizir Namazov Elcan Hidayət
oğlunun ailələrinə baş çəkib, qayğıları ilə
maraqlanıblar.
Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla
yad olunub. Qəhrəman şəhidlərimizin ata və analarına, ailələrinə bir daha
başsağlığı verilib, şəhidlərimizin hər zaman qəlbimizdə yaşayacaqları bildirilib.
"Hər bir şəhid ailəsi mənim üçün doğmadır, əzizdir”, - deyən Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin
ailələrinin dərdinə hər zaman şərik olduğunu və bundan sonra da belə olacağını
qeyd edib. "Ölkə Prezidenti şəhidlərimizin,
yaralılarımızın, hərbçilərimizin, onların ailələrinin qarşısında baş əyirsə,
qayğı göstərirsə, ölkə rəhbərinin bu qayğısı hər birimiz üçün örnəkdir, eyni
zamanda da vəzifə borcumuzdur”, - deyən icra başçısı onlara göstərilən diqqətin, qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini
bildirib. Rayon rəhbəri bugünkü tarixi Qələbəmizə, Zəfərimizə görə Ali Baş
Komandanın rəhbərliyi altında hərb tariximizdə yeni salnamə yazan Azərbaycan
Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, qanları ilə tarix yazan
şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu bir daha dilə gətirib.
Milli Məclisin deputatı Səməd
Seyidov şəhidlərimizin ailələrinə başsağlığı verərək bütün şəhidlərimizin ruhu
qarşısında baş əydiyini bildirib. Vətənpərvər oğullar böyüdən ata və analara
minnətdarlığını çatdırıb. Şəhidlərimizin qəhrəmanlığı sayəsində 30 illik
həsrətdən sonra düşmən tapdağında olan torpaqlarımızın azad olunduğunu, Vətən
uğrunda canından keçən bütün şəhidlərimizin Azərbaycan xalqının qəlbində əbədi
yaşayacağını qeyd edib. Torpaq uğrunda şəhid olan Vətən oğullarının hər
birimizin övladı olduğunu diqqətə çatdırıb. Şəhidlik adlı uca zirvəyə
yüksələrək tarix yazan oğullarımızı yaşatmağın, ailələrinə qayğı göstərməyin
hər birimizin borcu və ən ümdə işi olduğunu bildirib. Bugünkü şanlı Zəfərimizə
görə Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə,
hərbçilərimizə, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə minnətdar
olduğumuzu, bu cür oğulları olan Azərbaycanla hər birimizin fəxr etdiyini
söyləyib. Ziyalı olaraq, vətəndaş olaraq hər zaman şəhid ailələrinin yanında
olduğunu və bundan sonra da olacağını dilə gətirib.
"Şəhid ailəsi üçün diqqət və qayğı
lazımdır ki, onu da dövlətimiz tərəfindən hər zaman hiss edirik”, - deyən şəhid
ailələri onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladlarının
döyüş meydanında göstərdikləri igidliklərinin ölkə rəhbəri tərəfindən yüksək
qiymətləndirilərək orden və medallara layiq görülməsini razılıq hissi ilə
qarşılayıblar.
"Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid gizir Abdullayev Sərxan Elxan oğlunun ailəsi
"Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunmuş Qazax şəhər sakini, şəhid
gizir Orucov Elvin Rövşən oğlunun
ailəsi
"Vətən uğrunda”
medalı ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid əsgər Hüseynov İlqar Yaşar oğlunun ailəsi
"Vətən uğrunda”,
"Şuşanın azad olunmasına görə” və "Hərbi xidmətlərə
görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun ailəsi
"Vətən
uğrunda” medalı və 3-cü
dərəcəli "Rəşadət” ordeni ilə təltif
olunmuş Aşağı Əskipara kənd sakini, şəhid
kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun
ailəsi
"Vətən uğrunda” medalı ilə təltif olunmuş Qızılhacılı kənd sakini, şəhid əsgər Məmmədov Tural Elxan oğlunun ailəsi
"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sofulu kənd sakini, şəhid gizir
İsmayılov Tahir Niyazi oğlunun ailəsi
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif olunmuş Aşağı
Əskipara kənd sakini, şəhid əsgər Qasımov Oruc Afiq oğlunun ailəsi
"Vətən uğrunda”,"Döyüşdə fərqlənməyə görə” və "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlunun ailəsi
"Vətən uğrunda” və"Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Dəmirçilər kənd sakini, şəhid gizir Məmmədov Turan Nadir oğlunun ailəsi
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Xocavəndin azad
olunmasına görə” medalları ilə təltif olunmuş Dəmirçilər kənd sakini, şəhid kiçik gizir Namazov Elcan Hidayət oğlunun
ailəsi
GOYEZEN.AZ
Geri qayıt
|