Əsas Səhifə > Manşet / Sosial > Qazaxda 2021-ci ilin ilk günlərindən yenidən abadlıq işlərinə start verilib

Qazaxda 2021-ci ilin ilk günlərindən yenidən abadlıq işlərinə start verilib


4-01-2021, 17:10


Son illər cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələri, o cümlədən də Qazax rayonu sürətlə inkişaf edərək müasir və abad rayonlardan birinə çevrilir. Son dövrlər rayonda regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində geniş miqyas alan abadlıq və quruculuq işləri də bunun bariz nümunəsidir. Bu gün sözün əsl mənasında tam əminliklə söyləyə bilərik ki, Qazax rayonu özünün intibah dövrünü yaşayır. Qısa zaman kəsiyində görülən işlər sayəsində Qazax tərəqqi yolunda uğurla addımlayır. Bu gün rayonda elə bir sahə olmaz ki, ötən illər ərzində həmin sahələrdə yeniliyin şahidi olmayasan. Rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması bir daha onu göstərir ki, illər bir-birini əvəz edir və Qazax respublikamızın abad rayonları sırasına daxil olur.


Yola saldığımız 2020-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı. Ötən il geniş miqyas alan işlər sayəsində Qazax bu gün də böyük bir tikinti meydançasına bənzəyir. Sevindirici haldır ki, ötən ildə olduğu kimi, 2021-ci ildə Qazaxda aparılan abadlıq işlərinə yenidən start verilib. İlin ilk günlərindən görülən abadlıq işləri onu söyləməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Qərbin qapısı sayılan Qazaxda Dövlət Proqramında mühüm yer tutan quruculuq işləri bu il də uğurla icra olunacaq.

Hər kəsə o da yaxşı məlumdur ki, ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Ən əsası isə şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır. Hazırda su və kanalizasiya sisteminin çəkilişləri şəhərin Heydər Əliyev prospektində aparılır.

Yola saldığımız 2020-ci ildə şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə, eləcə də çəkiliş tam başa çatmış Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, BakıFiruddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vuruldu. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verildi.

Bu gün şəhərdə su və kanalizasiya sisteminin çəkilişləri başa çatan daha bir ərazidə - Gerb meydanının ətrafında yeni asfalt vurulmasına başlanılıb. Yeni ilin ilk günlərindən start götürən işlər onu deməyə əsas verir ki, ötən ildə olduğu kimi, bu il də yeni asfalt vurulan küçələrin sayı gündən-günə artacaq.

Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də könül xoşluğu, razılıq hissi ilə qarşılanır. Sakinlər bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Gerb meydanının ətrafında su və kanalizasiya sisteminin çəkilişləri başa çatan hissə












 

 Gerb meydanının ətrafında su və kanalizasiya sisteminin çəkilişləri başa çatan hissədə aparılan abadlıq işləri









GOYEZEN.AZ


Geri qayıt