Şəhidlərimizi tanıyaq
və tanıdaq--------------------------------------
27 sentyabr və 10 noyabr! Bu
rəqəmlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olan uğurlu rəqəmlərdir.
Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı
günlərdir. 27 sentyabr Azərbaycan torpaqlarının ərazi bütövlüyü, tamlığı uğrunda
haqq savaşına çıxdığımız tarixi gündür. 10 noyabra kimi 44 günlük bir yol qət
etdik və sonunda Zəfər, Qələbə bizim oldu. Xalqımız 30 ilədək davam edən bir
ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin
əli, şücaəti ilə yenidən yazdı. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əzəli Azərbaycan torpağı
olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başladığı müqəddəs
müharibənin böyük tarixi Qələbə ilə sona çatması xalqın və haqqın Qələbəsi kimi
yaddaşlara yazıldı.
2020-ci ilin 27 sentyabrında
başlanan və 10 noyabr tarixinə kimi davam edən Vətən
müharibəsi haqqında hələ tarix kitablarında çox yazılacaq. Bu günümüzün
hazırkı həqiqəti, reallığı isə budur ki, Vətən müharibəsi Ali Baş
Komandan İlham Əliyevin iradəsini, əqidəsini, mətinliyini, ordumuzun gücünü,
qüdrətini, Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.
Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz
o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və
hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər
gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı
Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir
ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Vətən uğrunda canından keçərək Şəhidlik zivəsinə ucalan və daim qəlbimizdə
yaşayan igid oğullarımızdan biri də şəhid Nəsibov Elməddin Yusif oğludur.
Şəhid Elməddin Nəsibov 8
avqust 1983-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1990-cı ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin I sinfinə
daxil olmuş, 2001-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. Orta təhsilli
idi. 2001-ci ilin oktyabr ayında Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan
Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə
çağırılmış, 2003-cü ilin aprel ayında isə tərxis olunmuşdur. 12 may 2014-cü il tarixdən 28 iyun 2014-cü tarixədək "N” saylı hərbi
hissədə "Pulemyot manqa komandiri” ixtisası üzrə tam kurs keçmişdir. 28 iyun
2014-cü ildən Azərbaycan Silahlı
Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur. "N” saylı hərbi
hissənin komandiri olmuşdur. 27 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində
Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu
29 oktyabr 2020-ci ildə Qazax rayon Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn
olunmuşdur. Ailəliydi. Nəzrin və Nigar adlı iki qız övladı yadigar qalıb. Böyük
qızı Nəzrin Ağköynək kənd tam orta məktəbin V, kiçik qızı Nigar isə II sinif
şagirdidir.
Bütün şəhidlərimiz kimi Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz,
ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin
arasında şəhidimizin də adı var. Elməddin Nəsibov ölümündən sonra cənab
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Döyüşdə
fərqlənməyə görə” və 25 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Vətən uğrunda canından keçən şəhidlərimizi yad etmək hər birimizin vətəndaşlıq
borcu, ən ümdə vəzifəsi olmalıdır. Şəhidimizin əziz xatirəsini dərin ehtiramla
yad edir, ailəsinə və yaxınlarına bir daha səbir diləyirik. Ruhu qarşısında baş
əyirik.
GOYEZEN.AZ
Geri qayıt
|