Əsas Səhifə > Manşet / Rəsmi > Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib1-12-2020, 14:16 |
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Laçın rayonunun işğaldan azad olunması münasibətilə rəsmi "Instagram” səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!”. Geri qayıt |