Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş məktubundan: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan kimi Sizin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməyinizi istəyirik”

Vətəndaş məktubundan: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan kimi Sizin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməyinizi istəyirik”


26-11-2020, 11:15


Azərbaycanın 2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabr tarixinə kimi davam edən Vətən müharibəsi  öz əks-sədası, qazanılan böyük Qələbəsi ilə bu gün də bütün dünyaya səs salır. Çünki Azərbaycanın igid, mərd, qəhrəman oğulları bu müharibəyə "Qarabağ Azərbaycandır!” deyərək başladı. Haqq savaşı adlandırdıqları Vətən müharibəsində sonda zəfər qazanmaq üçün ölkə Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və xalqa arxalandı, güvəndi. Bəli, Vətən müharibəsində Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində bütün dünya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu gördü. Bütün dövlətlər, xalqlar Azərbaycan xalqının yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq olduğunun şahidi oldu. 

Bu gün hər birimiz 30 illik Vətən həsrətinə 44 günlük müharibə ilə son qoyan, şanlı tarix dolu Qələbə sevincini bizə yaşadan möhtərəm Ali Baş Komandana, Azərbaycan Ordusuna, Azərbaycan Əsgərinə minnətdarıq.

Şanlı Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc hisslərini ifadə etdikləri məktublarda onlar dövlətimizin başçısına minnətdarlıqlarını bildirir, Zəfər təbriklərini çatdırırlar.

Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanı və şanlı Ordumuzu təbrik edirlər. Bunu hər gün ölkə başçısına ünvanlanmış sevinc, fərəh, qürur dolu təbrik məktublarından da oxumaq olur.

Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubu təqdim edirik. 

Maksim Kazımovdan, 

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Mən Qazax rayon "Müharibə Veteranları, Şəhid Ailələri” İctimai Birliyinin üzvü olaraq, şəxsən öz adımdan və Birliyin bütün üzvləri adından ilk əvvəl Sizi tarixi Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməyinizi istəyirik.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Kazımov Maksim Nazir oğlu,

Qazax rayon "Müharibə Veteranları, Şəhid Ailələri” İctimai Birliyinin üzvü,

2-ci qrup Qarabağ əlili.

Azərbaycan Respublikası, Qazax şəhəri. 

25 noyabr 2020-ci il
Geri qayıt